Modern.az

Ermənistanın xarici işlər naziri istefa verəcək

Ermənistanın xarici işlər naziri istefa verəcək

27 Mart 2013, 11:20


Ermənistanın hazırkı xarici işlər naziri Edvard Nalbadyan öz postunu tərk edib. O, Ermənistanın Fransadakı səfiri postuna getmək niyyətindədir. Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Avanqard” qəzeti yazıb. Qəzetin verdiyi məlumata görə Ermənistanın xarici işlər naziri vəzifəsinə Prezident Adminstrasiyasının rəhbəri Viqen Sarkisyan keçəcək.Viqen Sarkisyanın namizədliyi bir çoxları üçün ümidverici şəxs kimi məqbul hesab edilir.

Ermənistan Konstitusiyasına görə, prezident fəaliyyətinə başladığı gündən (seçkilərdən 50 gün sonra) hökumətin istefasını qəbul edir. Hökumətin istefasından 10 gün sonra hökumət başçısı deputatların əksəriyyətinin rəğbətini qazanmış baş naziri təyin edir. Hökumət isə baş nazirin təyin edilməsindən sonrakı 20 gün ərzində formalaşır. Hazırda ölkənin Baş naziri Tiqran Sərkisyandır.

Aytən ƏLİYEVA

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir