Modern.az

Pentaqon rəhbəri koronavirusa yoluxdu

Pentaqon rəhbəri koronavirusa yoluxdu

Dünya

16 Avqust 2022, 00:20

ABŞ müdafiə naziri Lloyd Ostin koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, özünü yaxşı hiss edir və yüngül simptomlar müşahidə olunur.

 

İl ərzində ikinci dəfə koronavirusa yoluxan 69 yaşlı Pentaqon rəhbəri 4 doza vaksin vurdurub.

 

Ostinin karantin qaydalarına uyğun olaraq özünü təcrid etdiyi və işinə evdən davam etdiyi qeyd olunur.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat