Modern.az

Oğurlanmış milyonluq əsər narkotacirin evindən tapıldı

Oğurlanmış milyonluq əsər narkotacirin evindən tapıldı

16 Avqust 2022, 14:20

Məşhur ispan rəssamı Pablo Pikassonun oğurlanmış tablosu İraqın Diyala əyalətində aşkar edilib.

 

Modern.az xəbər verir ki, Pikassonun milyonlarla dollar dəyəri olan əsərinin orijinalı iraqlı narkotacirlərin sığınacağı olan evdən tapılıb.

 

Məlumata görə, üç narkotik qaçaqmalçısının həbs olunduğu əməliyyat zamanı məşhur rəssamın oğurlanmış tablosu aşkar edilərək götürülüb.

 

Tablonun aqibəti barədə hər hansı açıqlama verilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə