Modern.az

17 yaşlı milyoner- Maraqlı

17 yaşlı milyoner- Maraqlı

27 Mart 2013, 16:26

Britaniyalı məktəblinin hobbisi onu dünyanın ən gənc milyonerlərindən birinə çevirib. Modern.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Yahoo şirkəti 17  yaşlı Nik Daloysiyonun mobil telefonlar üçün yaratdığı Summly (summary-xülasə sözündən götürülüb) adlı əlavəni açıqlanmayan qiymətə satın aldığını bildirib. Məlumatlara görə, yeniyetmə əlavəni 30 milyon dollara ABŞ nəhənginə satıb. Daloysiyo Summly əlavəsini 15 yaşında tarix imtahanına hazırlaşan vaxt hobbi kimi yaradıb. O bu barədə deyib:
“Bu hobbi idi. Mən belə olacağını gözləmirdim. Summly əlavəsində siz xülasəni oxuyursunuz, sonra bütün xəbəri oxuyursunuz, bununla da xəbəri nəşr edənin reytinqi artır”.

Summly əlavəsi vasitəsilə böyük ölçülü xəbərlərin qısa xülasəsinə baxmaq mümkündür.
Gənc dahi İphone üçün yazdığı Finger Mill adlı  ilk telefon əlavəsini 12 yaşında hazırlayıb.

Peykər İbrahimova   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı