Modern.az

Milli Məclisdə yanğın olub

Milli Məclisdə yanğın olub

27 Mart 2013, 22:56

Ermənistan parlamentinin yerləşdiyi inzibati binada yanğın olub. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, yanğın parlamentin zirzəmisindən başlayaraq binanın daxilinə doğru geniş bir ərazini əhatə edib. Hadisə ilə bağlı əraziyə cəlb olunan yanğın söndürən briqadalar alovun qarşısını çətinliklə ala biliblər. İlkin məlumatlara görə, hadisə zamanı binada heç kim olmayıb.  Ehtimallara görə, yanğın zamanı yaralanan və xəsarət alanın olmadığı bildirilir.

Yanğının necə və hansı səbəbdən baş verməsi ilə bağlı hələlik rəsmi rəy açıqlanmayıb.

Erməni mətbuatında yer alan xəbərlərə görə, hadisədən bir neçə gün öncə əlində bıçaq olan 25 yaşlı Vrej Qalstyan adlı erməni parlamentə hücum edib. Milli Məclisin təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsindən sonra onun qarşısını almaq mümkün olub. Yanğının qəsdən törədilməsi də istisna edilmir.
 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir