Modern.az

İsa Qəmbər və Əli Kərimlinin rəhbərliyi ilə aksiyalara hazırlıq gedir- AÇIQLAMA

İsa Qəmbər və Əli Kərimlinin rəhbərliyi ilə aksiyalara hazırlıq gedir- AÇIQLAMA

Təhsil

28 Mart 2013, 10:13

Müxalifət aprel ayından kütləvi aksiyalara başlayacaq


“İctimai Palata aprel ayından etibarən silsilə kütləvi etiraz aksiyalarına start verəcək”. Bu barədə Modern.az saytına İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Alsanlı məlumat verib.

Müsavat rəsmisi hazırda aksiyalara hazırlıq işlərinin aparıldığını bildirib.

“Seçkiöncəsi etiraz aksiyalarının keçirilməsi İctimai Palatanın əsas prioritetlərindəndir. Hazırda aksiyalara hazırlıq işləri aparılır. Bayramdan öncə biz qərara gəldik ki, seçkiöncəsi aksiyaları daha da aktivləşdirək. Kütləvi etiraz aksiyalarının aprel ayından etibarən başlayacağına qərar vermişik. Etirazlar may ayında daha da geniş vüsət alacaq. Əlimizdən gəldiyi qədər etiraz səsimizi ucaldacağıq”-deyə Müsavat başqanının müavini açıqlama verib.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?