Modern.az

Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş miniatürlər Gəncəyə gətirilib

Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş miniatürlər Gəncəyə  gətirilib

28 Mart 2013, 10:26



Dahi  Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900  illik yubileyi  tədbirləri  ərəfəsində  şairənin  həmyerliləri çox qiymətli  hədiyyə  alıblar. İspaniya kraliçası, Yunanıstan və Danimarka şahzadəsi Sofiya Nizami Gəncəvi  Beynəlxalq  Mərkəzinə dahi Azərbaycan şairəsinin rübailərinə və qəzəllərinə çəkilmiş qədim miniatürlər,  illüstrasiya və  əlyazmaları bağışlayıb. Hədiyyə olunan miniatürlər XIV-XV əsrlərə aiddir                                                                     
Gəncə şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, bu  nadir  sənət  nümunələri  son  vaxtlar  Nizami  Gəncəvi  Beynəlxalq Mərkəzi  tərəfindən  şairənin ədəbi  irsinin toplanması məqsədilə həyata  keçirilmiş  tədbirlər  nəticəsində əldə edilmiş  eksponatlar  xəzinəsini  daha  da  zənginləşdirib.
Ümumiyyətlə, Məhsəti Gəncəviyə aid dünyanın müxtəlif kitabxanalarında gətirilmiş 110-ə yaxın nadir  nümunələr  bu  eksponatlar sırasındadır. Bu  qiymətli  incilərin hər  biri  üzərində  geniş  elmi-tədqiqat  işləri aparılacaq. Heç  şübhəsiz, əldə  olunacaq  elmi  nəticələr   yaradıcılığının  900  illiyini  qeyd   ertməyə  hazırlaşdığımız  dahi  həmyerlimizin  ölməz  irsinin  öyrənilməsinə  sanballı  töhfələr  verəcək.
Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Gəncə  Bölməsinin  elmi  işlər üzrə  direktor  müavini  Samir  Pişnamazzadə  deyib  ki,  mərkəzə kraliça tərəfindən 8 miniatür və 1 illüstrasiya hədiyyə edilib. Miniatürlərin içində qədim əlyazmalar da var. Miniatürlərin bəziləri vaxtilə rusların Ərdəbil kitabxanasından İspaniyaya apardıqları sənət əsərləridir. Bəzi miniatürlər isə İspaniyanın özünə məxsusdur. İspaniya uzun müddət müsəlman dövləti olduğundan burada qədim şərq, ərəb-fars əlyazmaları çoxdur.  

Samir Pişnamazzadənin sözlərinə görə, Məhsəti  Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanılan 110-dək miniatür, illüstrasiya və rübaisinin  Gəncəyə  gətirilməsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi sayəsində  mümkün olub.
Şairənin 900  illik yubileyi münasibətilə məşhur  ingilis  tədqiqatçısı  Paul  Smitin  Məhsəti  Gəncəviyə  həsr  lunmuş 6  monoqrafiyası da  ölkəyə gətirilibr. Onların  tərcüməsi  üzərində iş  gedir. 
Hazırda  Gəncədə  qarşıdakı  yubileyə  geniş  hazırlıq  işləri  aparılır. Məqsəd  Məhsəti  Gəncəvinin  yubiley  tədbirlərini onun  ölməz ədəbi  irsinə  uyğun  keçirməklə 900  il  bundan  əvvəl  yaşayıb-yaratmış  dahi şairə, demokratik fikirli qadın  və   şahmatçı  haqqında  dünya  xalqlarında   daha zəngin  təəssürat  yaratmaqdır.                                                                                                                                         
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?