Modern.az

AzTV iranlı deputatın istəyinə cavab verməkdən yayındı

AzTV iranlı deputatın istəyinə cavab verməkdən yayındı

Təhsil

28 Mart 2013, 10:39

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti Mənsur Həqiqətpur YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzova göndərdiyi növbəti cavab məktubunda eyni zamanda AzTV-dən canlı efirə çıxmaq istədiyini də dilə gətirmişdi. O məktubunda bu istəyini “Qarabağ həqiqətlərini bəyan etməyə” hazır olması ilə əlaqələndirmişdi. “Qarabağ barədə çoxlu deyilməmiş sirlərim vardır ki, tədricən və zamanın istəyinə uyğun olaraq onlardan danışacağam”.

  Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı AzTV-nin mövqeyini öyrənməyə çalışsa da, telekanal rəsmiləri buna münasibət bildirməkdən imtina ediblər.  

Xatırladaq ki, dövlət televiziyasının canlı yayımlanan “Səhər” və ya “Günün Nəbzi” proqramlarında hansısa tədbirlərdə iştirak edən xarici qonaqlar çox zaman dəvət olunur.  

Aytən Əliyeva
   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!