Modern.az

Türkiyə ilə Ukrayna arasında mühüm saziş İMZALANDI

Türkiyə ilə Ukrayna arasında mühüm saziş İMZALANDI

Dünya

18 Avqust 2022, 20:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna lideri Volodimir Zelenskinin iştirakı ilə Ukraynanın müharibə nəticəsində dağılmış infrastrukturunun bərpasına dair saziş imzalanıb.

 

Modern.az xəbər verir ki, sazişi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş imzalayıb.

 

Razılaşma əsasında iki ölkə arasında Ukraynanın yenidən qurulması üçün İşçi Qrup yaradılacaq.

 

İşçi qrup Ukraynada yollar, körpülər, su və elektrik infrastrukturu, xəstəxanalar, məktəblər kimi sosial və iqtisadi əhəmiyyətli obyektlərin yenidən qurulmasını təşkil edəcək.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir