Modern.az

“İntihar hallarında risk qrupu 17-19 yaşlılardır” – Dövlət Komitəsi

“İntihar hallarında risk qrupu 17-19 yaşlılardır” – Dövlət Komitəsi

28 Mart 2013, 11:47

“Azərbaycanda uşaq ölümünün faizi çox aşağıdır, heç bir faiz də etmir. Amma hər hansı bir yerdə uşaq ölümünün olması da artıq bir siqnaldır”. Bu sözləri Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya, analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib. O qeyd edib ki, uşağın həyatını intihar həddinə çatdırmaqla bağlı fakt varsa, artıq bunun üçün xüsusi tədbirlər görülməlidir.

“Amma bu gün ölkədə uşaqlar arasında intihar halları o qədər də aktual deyil. İntihar hallarına gətirən faktorlar ailədə baş verən münaqişələr, ailə daxili fiziki, psixoloji zorakılıq hallarıdır. Araşdırmalar göstərir ki, bu daha çox ən həssas qrup olan 17-19 yaş arası gənclər arasında baş verir ki, bunun da ən çox faizini oğlanlar təşkil edir. Bu sahədə, konkret olaraq Azərbaycanın təhsil müəssisələrində araşdırma işləri davam edir və maarifləndirmə işləri aparılır”, – deyə şöbə müdiri bildirib.

E. Səfərov qeyd edib ki, intihar halları ən çox Bakı şəhərində baş verir. “Ümumiyyətlə məişət zorakılığı baş verən ailələrdə xüsusi reabilitasiya işləri aparılır, konkret olaraq həmin regionda, təhsil müəssisələrində xüsusi mühazirələr keçirilir”.

  Aytən Əliyeva

 
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər