Modern.az

Eks-prezident məhkəmə hakimini təhdid etdi

Eks-prezident məhkəmə hakimini təhdid etdi

Dünya

28 Mart 2013, 12:28


Fransanın eks-prezidenti Nikoli Sorkazi hakimiyyətdən getdikdən sonra da mütamadi olaraq ölkə mətbuatında tez-tez xatırlanır. Buna prezidenti qarabaqara izləyən səhvləri səbəb olur.
Modern.az-ın məlumatına görə, Fransa mətbuatı keçmiş prezidenti yenidən gündəmə gətirən fakt barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Nikoli Sorkazinin cinayət işini araşdıran hakim Jantil təhdid məktubu alıb. Birbaşa məhkəməyə göndərilən bağlamada hakimin yaxın qohumlarının və əməkdaşlarının adları yazılıb. Bununla bağlı Bordo şəhər prokurorluğu hüquq – mühafizə orqanlarına müraciət edib. Lakin məsələ ilə bağlı hələ ki, rəsmi açıqlama verilməyib. Hakim Jan Mişel Jantilin aldığı məktubda onun öldürüləcəyini işarə edən bir neçə  boş güllə də olub. Qeyd edək ki, Fransanın eks-prezidenti N.Sorkazi L`Oreal şirkətinin sahibi Lilian Betankurun şikayətindən sonra ittiham edilib. Məlum fakta görə Sorkazi Betankurun səhhətində yaranan problemlərdən yararlanaraq seçki kampaniyası ücün ondan pul alıb. Hadisədən bir həftə keçməmiş fakt üzrə ona qarşı ittiham irəli sürülüb. Məsələ ilə bağlı istintaq 2007-ci ildən bu günə kimi davam edir.

 

Elçin AĞAYEV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!