Modern.az

Mingəçevir su anbarına balıq tutmağa gedən iki gənc yoxa çıxıb

Mingəçevir su anbarına balıq tutmağa gedən iki gənc yoxa çıxıb

11 Mart 2010, 17:19

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 10 mart 2010-cu il tarixində axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyinin Samux rayon Polis Şöbəsindən belə məlumat daxil olub ki, Samux rayon sakinləri 1966-cı il təvəllüdlü Asif Yaqub oğlu Əhmədov və 1972-ci il təvəllüdlü Rəfail Kamal oğlu Vəliyev Mingəçevir su anbarında balıq tutmaq məqsədi ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Modern.az xəbər verir ki, daxil olmuş müraciət əsasında 11 mart tarixindən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qeyd olunan su hövzəsində batdığı ehtimal olunan şəxslərin axtarışlarına cəlb olunublar.

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir