Modern.az

Yaşar Cəfərlidən jurnalistlərə qəribə çağırış: “Haqqımda nə deyirlər yazın...” - AÇIQLAMA

Yaşar Cəfərlidən jurnalistlərə qəribə çağırış: “Haqqımda nə deyirlər yazın...” - AÇIQLAMA

Təhsil

28 Mart 2013, 13:50


Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli hərbçi ekspert, Ehiyatda Olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli haqqında ittihamlar səsləndirib. Belə ki, Emin Həsənli, Yaşar Cəfərlini ordu əleyhinə kampaniya aparmaqda təqsirləndirib. Modern.az bununla bağlı Yaşar Cəfərlidən də münasibət öyrənib. Birlik sədrinin cavabı belə olub: “Doğrusu mən buna fikir bildirmək istəmirəm. Ölkədə  fikir və söz azadlığıdır. Hərə öz fikrini söyləyir. Mətbuat da bunu yazır ki, cəmiyyət nəticə çıxartsın. Mənim haqqımda nə deyirlər yazın. Mənim fikrimi öyrənməyə də bilərsiniz”-deyə bildirib. 

Xatırladaq ki, bir müddət öncə Yaşar Cəfərlinin rəhbərliyi ilə əsgər ölümləri ilə bağlı ordu haqqında tənqidi fikirlər səsləndirilib. Hətta onlar müdafiə naziri Səfər Əbiyevin evi qarşısında aksiya keçirmək haqqında qərar qəbul ediblər. Amma aksiya olmayıb. 

Aqşin Kərimov

     
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır