Modern.az

Mövlud Süleymanlı: “Qaliblər ən yaxın vaxtda açıqlanacaq”

Mövlud Süleymanlı: “Qaliblər ən yaxın vaxtda açıqlanacaq”

28 Mart 2013, 14:16

AYB-nin qalmaqallara səbəb olan müsabiqəsinin sonluğu hələ də məlum deyil. Xatırladaq ki, əvvəlcə Kamal Abdulla AYB-nin mükafatlandırma komissiyasının sədri vəzifəsindən istefa verdi. Onun istefasından sonra növbəti mərhələyə adlayan əsərlərin müəllifləri müsabiqədən könüllü surətdə imtina etdilər. Qalmqallarla xatırlanacaq müsabiqənin yekun nəticələri İlaxır çərşənbə günündə, yəni martın 19-da açıqlanmalı idi. Lakin yekun tədbiri təxirə salındı. Hələ də bitməmiş sayılan müsabiqənin yekun tarixini AYB-nin mətbuat xidməti mart ayının 31-i kimi qeyd edib.

  Müsabiqə finalının niyə təxirə salınması və qaliblərin nə zaman müəyyən olunması ilə əlaqədar müsabiqənin sədri xalq yazıçısı Mövlüd Süleymanlı belə izah etdi: “Nəticələr çox yaxın zamanlarda elan olunacaq. Martın sonuna kimi qaliblər bəlli olacaq. Gecikmənin səbəbi isə bayram tətili idi”.  

Elmin Nuri  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...