Modern.az

AZAL məşhur aşpazın şikayətinə cavab verdi

AZAL məşhur aşpazın şikayətinə cavab verdi

28 Mart 2013, 14:24

Novruz bayramı ilə əlaqdar Azərbaycana gələn və Azərbaycan mətbəxi haqqında kitabı Fransada birinci yer tutan dünyaca məşhur kulinar Stalik Xankişiyev ölkəni tərk edərkən Bakı hava limanında yaşadığı hadisə ilə bağlı Bakı hava limanına elektron məktub göndərib. Şikayət məktubunda ölkəni tərk edərkən hava limanında təhlükəsizlik xidmətinin əməkdaşı Turan Tağıyev tərəfindən ona kobudluq göstərilməsini, eyni zamanda şikayət dəftərini necə dəfə tələb etməsinə baxmayaraq gətirilməməsini qeyd edib.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli Modern.az-a açıqlamasında onlara belə məktubun daxil olduğunu təsdiq edib. “Elektron formada Stalik Xankişiyev tərəfindən bizə məktub daxil olub və biz də bunu Təhlükəsizlik İdarəsinin rəisinə göndərmişik. Adi müraciətlərə bir ay ərzində cavab verilir, amma məktub elektron formada daxil olduğu üçün təcili cavab veriləcək”, – deyə M. Səfərli vurğulayıb.

Hava limanı təhlükəsizlik şöbəsindən isə artıq S. Xankişiyeva məktubuna cavab verilib. Məktubda qeyd edilir ki, qaldırılmış məsələ ilə bağlı Heydər Əliyev adına Hava Limanın təhlükəsizlik şöbəsini tərəfindən araşdırma başlanılıb. “Qeyd edilən şəxslər aşkar edilib və istintaq zamanı onlar vəzifəsindən uzaqlaşdırılıb. Həftənin birinci günü, yəni aprelin 1-də sizə istintaqın cavabı veriləcək”.

Xatırladaq ki, S. Xankişiyev 1962-ci ildə Özbəkistanın Fərqanə şəhərində anadan olub. Atası azərbaycanlı, anası isə almandır. O, həm yazıçı, həm yaxşı fotoqraf və eyni zamanda Şərq mətbəxini gözəl bilən aşbazdır. Özü peşəkar aşpaz olmasa da kitabları Rusiyada çox məşhurdur. Bir çox rus kanallarında məşhur yemək proqramlarının aparıcısı olub. Stalik Xankişiyevin milli mətbəximizə həsr edilmiş bir neçə kitabı var və bu kitablar Azərbaycan mətbəxinin zənginliyindən, onun çox çeşidli olmasından xəbər verir. 

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi