Modern.az

Prezidentin arvadı ərinə sadiq olduğunu bəyan edib

Prezidentin arvadı ərinə sadiq olduğunu bəyan edib

11 Mart 2010, 18:15

Fransanın birinci ledisi Karla Bruni mətbuatda onun prezident Nikola Sarkozi ilə nikahının pozulma həddinə çatması barədə yayılan məlumatları təkzib edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bruni əri ilə münasibətlərinə dair Brtaniyanın “Skay nyus” telekanalına verdiyi müsahibədə açıqlama verib. Əvvəllər Erik Klepton və Mik Caqqers kimi məşhurlarla romanları ilə yaddaqalan Bruni özünü sədaqətli həyat yoldaşı sayır. Onun sözlərinə görə, prezidentlə evlənənə qədər  monoqamiyadan yararlanmaq  imkanı olmayıb. “Mən əvvəllər heç vaxt ərdə olmamışam, mən hesab edirəm ki, monoqamiya ər-arvad qismətidir”,-deyə keçmiş foto-model və müğənni bildirib. O, Sarkozi ilə nikahının uğurlu olduğunu deyib. “Mənim inanılmaz dərəcədə bəxtim gətirib, 40 yaşında sevmişəm və ərə gedəcəyim insanla rastlaşmışam”,-deyən Bruni fransız musiqiçisi Benjamin Byule ilə gizlin sevgi  romanı yaşamasına dair yayılan şayiələrin də əsassız olduğunu bildirib. Onun sözlərinə görə, barəsində yazılanların 99 faizi yalandır.  Qadın cinsinə vurğunluğı ilə seçilən ərindən (Sarkozi üçüncü dəfə nikah bağlayıb) danışarkən Bruni prezident ərinə tam etibar etdiyini söyləyib.  O, ərinin başqa gözəllərə baxmasını istisna edib. Bununla belə, Bruni əri ilə nikahının gələcək perspektivi barədə fikir söyləməkdə çətinlik çəkib.

 

Fransa mətbuatının yazdığına görə, ekologiya naziri Şantal Juanno prezidentin yeni sevgilsi olub. Nazir postuna qədər peşəkar karate ilə məşğul olmuş və ölkəsində 12 dəfə çempion olmuş Juanno bu məlumatdan şoka düşdüyünü deyib. O, açq surətdə bu cür məlumatlar yayan şəxsi məhkəməyə verəcəyini vəd edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı