Modern.az

Azərbaycanın alim məmurları - ekslər və indikilər - SİYAHI

Azərbaycanın alim məmurları - ekslər və indikilər - SİYAHI

Qarabağ

28 Mart 2013, 15:58

Modern.az saytı vaxtilə yüksək dövlət vəzifələrində çalışmış, məsul postlarda xidmət göstərmiş elm xadimlərini təqdim edir.

Mirzə İbrahimov - məşhur sovet yazıçısı kimi tanınsa da, Azərbaycan SSRİ Elmlər Akademiyasının akademiki və Azərbaycan SSRİ Ali Sovevtinin Rəyasət Heyətinin sədri olub.

Şıxəli Qurbanov - filologiya elmləri doktoru olmaqla yanaşı, Mərkəzi Komitənin katibi də seçilib.

Vəli Axundov - tibb elmləri doktoru, Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin 10-cu katibi olub (1959-1969).

İmam Mustafayev - bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954-59-cu illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi olub.

Həsən Əliyev - Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1952).

Ruhulla Axundov - filologiya elmləri doktoru, Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926).

Fərəməz Maqsudov - akademik, Elmər Akademiyasının prezidenti, Milli Məclisin deputatı.

Zahid Xəlilov -  AMEA-nın prezidenti SSRİ Ali Sovetinin Məclis üzvü.

Musa Əliyev - akademik, geololgiya-mineroolgiya elmləri doktoru, EA-nın sabiq prezidenti. Musa Əliyev 1947-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü və katibi seçilib, 1948-1949-cu illərdə Nazirlər Sovetinin sədr müavini, Dövlət Plan Komitəsinin sədri olub.

Əziz Əliyev - tibb elmləri doktoru. Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət  Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı  dövlət xadimi kimi göstərə bilib.
 
Tofiq İsmayılov - Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycanın 1-ci dövlət katibi.

Xoşbəxt Yusifzadə - mühəndis-geoloq, geologiya-mineralogiya elmləri   doktoru (1987), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti.

Murtuz Ələsgərov- hüquq elməri dpktoru, Milli Məclisin keçmis spikeri

Əbülfəz Elçibəy - tarix elmləri nazmizədi, Azərbaycanın eks-prezidenti.

Vilayət Quliyev - filologiya elmlər doktoru, keçmis XİN naziri.

 

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü