Modern.az

“Səyyar kitab”ın yeni sərgilərinin vaxtı və yeri açıqlandı

“Səyyar kitab”ın yeni sərgilərinin vaxtı və yeri açıqlandı

Ədəbi̇yyat

28 Mart 2013, 16:29

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə “Hədəf Nəşrləri”nin birgə təşkil etdiyi kitab sərgi-yarmarkaları davam edir. Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, bu işlər “Səyyar kitab” layihəsi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində növbəti sərgi martın 29-da Binə Mədəniyyət Sarayının qarşısında baş tutacaq.

Bundan başqa, “Səyyar kitab” sərgi-yarmarkası aprelin 1-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda da təşkil olunacaq. Həmçinin tədbir çərçivəsində dedektiv yazarlar Elxan Elatlının "Seçilmiş cəza" və Müşfiq Xanın "Sonuncu hədiyyə" adlı yeni romanlarının təqdimat və imza mərasimi olacaqdır.

Kitab sərgisinin məqsədi sakinlərin kitab aləmində olan yeniliklərdən xəbərdar etmək və onlara lazım olan müxtəlif kitab və dərs vəsaitlərinin güzəştli qiymətlərlə satışını gerçəkləşdirməkdir.

 

Elmin Nuri

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı