Modern.az

Xərçəngdən müdafiənin 9 QIZIL QAYDASI

Xərçəngdən müdafiənin 9 QIZIL QAYDASI

28 Mart 2013, 16:35


XXI əsrdə dünyada rast gəlinən ölüm səbəbləri arasında ürək-damar  xəstəliklərindən sonra xərçəng xəstəliyi daha çox yayılıb. Modern.az-ın məlumatına görə, Türkiyə onkoloqları hər il Türkiyədə 175 min xərçəng diaqnozu qoyulduğunu və yüzlərlə insanın bu xəstəlik səbəbi ilə həyatını itirdiyini araşdırıblar. Onkoloqlar xərçəngin qarşısını 30-40 faiz alacaq 9 qızıl qaydanı ictimaiyətə açıqlayıblar.

 

1. Siqaret çəkməmək: Ağciyər xərçəngindən ölənlərin 87 faizində siqaretin rolu böyükdür. Bundan əlavə ağız, qırtlaq, yemək borusu, qaraciyər, mədə xərçənginin yaranmasında da siqaret səbəb kimi göstərilir.

2. İçkidən istifadə etməmək və ya miqdarını azaltmaq: İçki ağız, boğaz, yemək borusu, qırtlaq, yoğun bağırsaq xərçənginin yaranmasında bilinən səbəblər sırasındadır. Xüsusilə siqaret və içkidən eyni vaxtda istifadə etdikdə xərçəngə tutulmanın riski daha da artır.

3. Radiasiyadan uzaq durmaq: Günəş işığına məruz qalmaq dəri xərçənginə səbəb olur. Yay aylarında günəş işığından uzaq durmaq və günəş kremlərindən istifadə etmək lazımdır.

4. İnfeksiyalardan qorunmaq: Dünyada  bu xəstəliyin 1/5-i xroniki infeksiyalarla  yayılır. “Human Pappilom” virusu uşaqlıq yolu, “Hepatit B” isə qaraciyər xərçənginə səbəb olur.

5. Sağlam qidalanmaq: Xərçəng riskini artıran qidalardan, qısa zamanda yüksək dərəcəli istilikdə bişirilən yeməklərdən uzaq durmaq, gün ərzində ən az 2-2.5 litr su içmək lazımdır. Bununla yanaşı, 2-3 qramdan artıq duz istifadə edilməməlidir.

5. İdmanla məşğul olmaq: Hər gün ən az 30 dəqiqə idmana vaxt ayırmaq yoğun bağırsaq, yemək borusu xərçənginə tutulmanın qarşısını az da olsa alır.

6. Çəki tarazlığını qorumaq: Artıq çəki yoğun bağırsaq, uşaqlıq, yemək borusu kimi xərçəng xəstəliyinə yol açan risklərdən biridir. Arıqlamaq bu riski bir qədər azaldır.

7. Xərçəngin erkən əlamət və tapıntılarını bilmək: Açıqlanmayan çəki itkisi, halsızlıq, ağrı, dəri dəyişiklikləri, bağırsaq və sidik vərdişlərindəki dəyişikliklər, gözlənilməz və anormal qanamalar ilə axıntılar, yaxşılaşmayan yaralar, bədəndə ələ gələn kütlələr, şişliklər, udma çətinlikləri, həzmsizlik və səs batıqlığı xərçəngin əlamətləri ola bilər.

8. Xərçəng riskini bilmək və xərçənglə bağlı proqramlara baxmaq: İnsanlarda hər hansı şikayətlər olmasa belə, müəyyən yaşlarda edilən testlərlə bu xəstəliyi erkən vaxtda bilib qarşısını almaq olar.

9. Stresslə mübarizə aparmaq: Stress, bilavasitə bu xəstəliyin yaranmasında başlıca amillərdən biridir. Məşq,  məsləhət, qrup müalicələr, ictimai dəstək, depressiya dərmanlarından istifadə etmək stresslə başa çıxmaq üçün əhəmiyyətli üsullardandır.

 

Ulduz İBRAHİMOVA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?