Modern.az

Hüseyn Bağırov aprelin 9-da Lənkəranda qəbul günü keçirəcək

Hüseyn Bağırov aprelin 9-da Lənkəranda qəbul günü keçirəcək

28 Mart 2013, 17:45



Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov aprel ayının 9-da saat 11:00-da Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Zərifə Əliyeva küçəsi 2) Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşların “[email protected]” elektron poçt ünvanı, 168 saylı “Qaynar xətt”, həmçinin Nazirliyin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Lənkəran şəhəri, 20 Yanvar küçəsi, 20-ci məhəllə, əlaqə tel: 0503692077 və 025-254-44-02) xahiş olunur.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir