Modern.az

12 nominasiyada "Fəxri gənc" mükafatı təqdim olundu (siyahı)

12 nominasiyada "Fəxri gənc" mükafatı təqdim olundu (siyahı)

Qarabağ

11 Mart 2010, 19:40

Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi ilə birgə təsis etdiyi  “Fəxri gənc” mükafatının təqdimat mərasimini keçirib.

Modern.az xəbər verir ki, mərasimdə 12 nominasiya üzrə qaliblərə mükafatlar təqdim olunub. “Fəxri gənc” mükafatı qızıl döş nişanı və diplomdan ibarətdir.

 

Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov mərasimdə çıxış edərək deyib ki, “Fəxri gənc” mükafatının verilməsi artıq bir ənənəyə çevrilib. O, mükafatın istedadlı gənclərin üzə çıxarılması, onların bilik və bacarığını dövlət müstəqilliyimizin möhkəmlənməsinə və demokratik dövlət quruculuğu işlərinə yönəldilməsi, bədən tərbiyəsi və idmanın inkişafı, beynəlxalq gənclər təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, savadlı və perspektivli gənclərin Azərbaycanın milli maraqları və mənafeyi naminə xidmətlərinin daha da stimullaşdırılması və ümumilikdə gənclər işinin inkişafına tövhə vermək məqsədi ilə təsis etdiklərini söyləyib.

 

Gənclər və idman naziri Azad Rəhimov isə Gənclər və İdman Nazirliyinin gənclərlə bağlı həyata keçirdiyi proqramlardan danışıb. Nazir “Fəxri gənc” mükafatına laiq görülən qalibləri təbrik edib.

 

Sonra 12 nominasiya üzrə “Fəxri gənc” mükafatı qaliblərə təqdim olunub. Qaliblər aşağıdakılardır: 1. “Gəncləri ən çox dəstəkləyən yerli qeyri – hökumət qurumu” nominasiyası - Heydər Əliyev Fondu; 2. “Gəncləri ən çox dəstəkləyən dövlət qurumunun başçısı” nominasiyası - gənclər və idman naziri Azad Rəhimov; 3. “Gənclərin beynəlxalq əlaqələrinin inkişafında və mədəniyyətlərarası dialoqda göstərdiyi tövhəyə görə” nominasiyası - Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyeva; 4. “Elm və təhsil sahəsindəki nailiyyətlərinə görə” nominasiyası - 2009-cu il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan tələbələr Fəridə Musayeva, Ucal Ağaməmmədov, gənclər arasında beynəlxalq elm Olimpiadasının gümüş mükafatçısı Emil Məmmədov; 5. “Gənclərin təşkilatlanmasında göstərilən xidmətlərə görə” nominasiyası - millət vəkili Əkrəm Abdullayev; 6. “İdman sahəsində nailiyyətlərinə görə” nominasiyası - Cəbrayıl Həsənov, Dilarə Sultanova, Ayla Əhmədova; 7. “Gənclərin hərbi – vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərə görə” - Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri, polkovnik Novruzəli Orucov; 8. “Mədəniyyət və incəsənət sahəsində nailiyyətlərə görə” nominasiyası - Aysel Teymurzadə, Müşfiq Abbasov; 9. “Gəncləri ən çox dəstəkləyən biznes qurumu” nominasiyası -  “AGbank” 10. “Gənclərin sağlam həyat tərzinin maarifləndirilməsində xidmətlərinə görə” nominasiyası - Məzahir Əfəndiyev; 11. “Gənclərə milli mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun aşılanmasında fərqlənən gənclər təşkilatı”  nominasiyası - Dünya Gənc Türk Yazarlar Birliyi (sədr Əkbər Qoşalı); 12. “Gənclərin hüquqlarını maarifləndirilməsi sahəsində xidmətlərinə görə” nominasiyası - Azərbaycan Hüquqşünaslar Konfederasiyasının baş katibi Nadir Adilov. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi