Modern.az

İsmayıl Ömərov Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının akademiki seçilib

İsmayıl Ömərov Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının akademiki seçilib

Təhsil

11 Mart 2010, 21:13

Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təqdimatına əsasən, Qırğızıstandakı Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının qərarı ilə Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərin görə bu qurumun akademiki seçilib. Bu barədə Modern.az-a İctimai Televiziyadan məlumat verilib. Beynəlxalq Aytmatov Akademiyasının prezidenti Abdıldacan Akmataliyev bildirib ki, Azərbaycan İctimai Televiziyası türkdilli xalqların daha da yaxınlaşması üçün böyük işlər görür və bu sahədə daha sanballı uğurlar əldə olunacaq: “Bu telekanalda həftədə 6 gün efirə çıxan «Yeni gün» proqramı əvvəllər Azərbaycan və Türkiyəni birləşdirirdisə, indi həmin telekörpüyə həftənin 3-cü günləri Qırğızıstan televiziyası da qoşulur. Bunun sayəsində biz kökü bir olan xalqlarımızın ədəbiyyatı, mədəniyyyəti, injəsənəti haqqında daha çox öyrənə bilərik”.   Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir