Arxiv
29 mart 2013, 17:53 | MÜSAHİBƏ
Azay Quliyev: “Neçə il Facebook-dan qaçdım, axırda məni yaxaladı” - MÜSAHİBƏ

“Aktiv təbəqə ya QHT-lərdə, ya da sosial şəbəkələrdə özünün “aclığı”nı çıxarmağa çalışır”   

Modern.az saytı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevlə müsahibəni təqdim edir.

- 2013-cü il ölkədə seçki ili olmasına baxmayaraq, QHT Şurası bu ilə bağlı cəmi 3-4 layihəni maliyyələşdirimək barədə qərar verib.  Belə layihələr azdır, yoxsa QHT-lərdə seçkilərlə bağlı maraq yoxdur?

- Seçkilərin monitorinqinə maraq çox böyükdür. Azərbaycanda seçkilər həmişə yüksək səviyyədə, ictimai fəallıqla müşahidə olunub, qeyri-hökumət təşkilatları bu prosesdə fəal iştirak ediblər. Həm ictimai, həm də maarifləndirmə işi aparıblar, seçkiləri əvvəldən axıra kimi izləyiblər. Bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatları var. Bizim QHT-lərlə bağlı son  müsabiqəmizdə seçkilərlə bağlı xüsusi bir bənd yox idi. Ama “demokratikləşmə” bölümündə seçkilərlə bağlı müəyyən təkliflər var idi və biz bunu dəstəklədik. Düşünürəm ki, ehtiyac olarsa, seçki ilə bağlı yeni layihələri maliyyələşdirmək barədə qərar verilə bilər.  

- Seçki dönəmlərində QHT-lərin monitorinqləri və hesabatları daim qalmaqal doğuran məqamlara çevrilir. Şuranın yarandığı dövrdən Azərbaycanda 3 seçki keçirilib. QHT-lər tərəfindən seçki kampaniyasının işıqlandırılması prosesi sizi qane edirmi?

- Bu məsələyə birmənalı şəkildə yanaşmaq mümkün deyil. QHT təşkilatlarının əsas missiyası birinci növbədə seçiciləri maarifləndirməkdən ibarətidr. Bu müddət ərzində QHT-lər seçki proseslərində uğurlu fəaliyyət göstəriblər. Yüzlərlə, minlərlə müşahidəçi hazırlayıb, təlim keçib, onları lazımi yaddaş kitabçası ilə təmin edib, uğurlu kadr hazırlayıblar. Hökumət, dövlət qurumları ilə, xüsusən Seçki Komissiyası ilə çox yaxından əməkdaşlıq ediblər.

Bu pozitiv işlərlə yanaşı, təəsüflər olsun ki, elə QHT-lər var ki, tam əksinə fəaliyyət göstərir. Bunlardan bəziləri yalnız xarici partnyorlarla çalışır. Bu gün onlar üçün seçkinin demokratik keçib keçməməsi əhəmiyyətli deyil. Əsas önəmli olan bu sifarişi verən təşkilatların nə deyəcəyidir. Onlardan bəziləri əvvəlcədən hesabat belə hazırlayırdı. Seçki baş tutmamış seçkilərlə bağlı bəlli dairələrdə  faktları özlərindən müəyyənləşdirirdilər, sadəcə “faktları” əsl fakt kimi təqdim etməyə çalışırdılar. Təəssüf ki, bunlar çox üzücü bir haldır, belə hadisələrə yol verilməməlidir. Bu insanlar ilk növbədə Azərbaycan vətəndaşıdırlar və Azərbaycanın milli maraqları onlar üçün önəmli olmalıdır. Əgər burada reallıq kənara qoyulursa, yalız kiminsə, hansısa qrupun və ya təçkilatın istəkləri nəzərə alınırsa, bu, dövlətimizin milli maraqlarına uyğun deyil və qanunlarımıza da ziddir.

- Şurada xaricdən pul alan belə QHT-lərin maliyyə hesabatları barədə məlumatlar varmı?

- Qanunla Dövlət Dəstəyi Şurasının belə məlumatları əldə etmə səlahiyyəti yoxdur. Bununla bağlı müvafiq dövlət qurumları var. Qanuna əsasən hər bir təşkilat illik fəaliyyəti ilə bağlı Maliyyə Nazirliyinə hesabat verməlidir.

- Belə hesabatlarla tanış olmaq imkanınız olubmu?  

- Bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edirlər. Əgər təşkilat şəffaf deyilsə, yüz minlərlə vəsaiti qaranlıq formada xərcləyirsə, onun mənbəyi bəlli deyilsə və mətbuata bununla bağlı hesabat vermirsə, demək artıq burda problem var. Həmin insanların marağı nədir ki, bunun gizlədirlər? İki marağı ola bilər: maddi və siyasi maraq. Deməli sən kiminsə sifarişini yerinə yetirdiyinə görə, bunun ictimailəşməsini istəmirsən və həmin pulun hara xərcləndiyi sənə maraqlı deyil. Qanun o pulu alıb siyasi partiyalara verməyi qadağan edir. Amma sən bunu edirsənsə, demək ki, sən qanunu  pozursan. Bunu da açıq şəkildə deyə bilmirsən. Ona görə bunların hamısı qapalı halda baş verir. Hər iki halda bu qəbuledilməzdir, hər iki addımda bu cinayətdir. Bunların qarşısını almağın yeganə yolu həmin təşkilatların fəaliyyətinin aşkarlanmasıdır. Digər  yanaşma isə hüquq-mühafizə orqanlarının işidir.

- Baş Prokurorluq Milli Demokratiya İnstitutunu (MDİ) qapalı maliyyə əməliyyatı aparmaqda ittiham edərək, araşdırma aparır. MDİ bir sıra QHT-lərin layihələrinə maliyyə dəstəyi verir. Sizin bu qalmaqala münasibətiniz necədir? 

- Təəssüflər olsun ki, Milli Demokratiya İnstitutu ilə bağlı qaldırılan iddialar və rəqəmlər öz ciddiliyini günü- gündən göstərməkdədir. Bəlli olur ki, həqiqətən də milyondan çox vəsait bu institutun rəhbəri tərəfindən xərclənib və bunun hesabatını kimə verdiyi bəlli deyil. Əgər sən doğrudan da öz proqramında yazılan, qarşısında duran sahələr üzrə işləmək istəmirsənsə, niyə bu formada hesablaşman olub?  Niyə bu şəffaf şəkildə olmayıb? Niyə bu məsələlər araşdırma nəticəsində ortaya çıxmalıdır? Bu  bütövlükdə beynəlxalq təşkilatlara inamı zədəlləyir. Bu gün dövlətə və cəmiyyətə kifayət qədər əsas verir ki, ya həmin təşkilatlarla əməkdaşlıq etməyəsən , ya da əməkdaşlıq edilən zaman buna dövlət nəzarəti olsun. Biz bu gün qanunlarda müəyyən dəyişiklik edirik ki, MDİ kimi təşklatların fəaliyyətində şəffaflıq, aşkarlıq artsın, onlar vəsait gizlətməsinlər, hesabat versinlər.

- Siz bildirmişdiniz ki, MDİ və digər beynəlxalq təşkilatlar təşkilatlar Şura ilə əməkdaşlıq etməkdə maraqlı deyillər. Amma MDİ-nin Azərbaycan üzrə rəhbəri Aleks Qriqories dövlət orqanları ilə şəffaf əməkdaşlıq etdiyini bəyan edib. Milli Demokratiya İnstitutunun Şura ilə əməkdaşlığı olub?

- Belə bir əməkdaşlıq olmayıb. Biz bəyan etmişik ki, bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq, yetər ki, bu əməkdaşlıq aşkar olsun və Azərbaycan qanunlarına uyğun şəkildə  həyata keçirilsin. Görünür ki, bu təşkilatlara Şura kimi qurumlarla çalışmaq sərf etmir. Çünki, bizim prinsiplərimiz çox aydındır, aşkardır. Biz heç vaxt qaranlıq layihələri olan təşkilatlarla əməkdaşlıq etməmişik, etmərik. Düşünürük ki, bundan sonra da öz prinsiplərimizi dəyişməyəcəyik və o təşkilatlarla sırf şəffaf şəkildə işləyəcəyik.

- 10 il əvvəl Azərbaycanda siyasi ovqatı partiyalar müəyyən edirdi. Artıq 2-3 ildir ki, yeni müstəvi formalaşıb: Sosial şəbəkələr və QHT-lər ictimai rəyin müəyyənləşdirilməsində aparıcı rol oynamağa başlayıb. Siyasi partiyalar bir qədər arxa plandadır. Azərbaycanın QHT sektoru bu yeni dalğaya hazırdırmı?

- Təbii ki, bu məsələləri biz də müşahidə edirik. Azərbaycanda siyasi müxalifət partiyaları klassik partiya formasından çox uzaqlaşıblar. Partiyanın bir çox məqsədləri var ki, bunlardan biri də hakimiyyətə gəlməkdir. Bunun üçün çox sivil , demokratik üsullardan istifadə edirlər. İnsanlarla, cəmiyyətlə işləyirlər. Cəmiyyəti fərdlər və lideri ətrafında yox, ideologiya ətrafında birləşdirməyə çalışırlar. Bizdə isə tam tərsinə oldu, çox ideoloji boşluq yarandı. Liderlər bir-birini əvəz etməkdə maralı olmadılar, partiya lideri uzun müddət öz vəzifələrini qoruyub saxlamaq uğrunda mübarizə aparırdılar. Digər ölkələrdə siyasi partiyalar ilk növbədə uğursuzluğu özlərində axtarırlar. Ona görə də onların ictimaiyyətdə rolu yüksək olur. Vətəndaşlar özlərinin siyasi anbisiyalarını partiya üzvü olmaqla həyata keçirmək istəyirlər.

Bizdə isə əksinədir, aktiv təbəqə ya QHT-lərdə, ya da sosial şəbəkələrdə özlərinin “aclığı”nı çıxarmağa çalışırlar.  Çünki, QHT çox çevik qurumdur.  Onlar istənilən mövzu ətrafında sıx şəkildə birləşə bilirlər, istənilən siyasi mövzuda fokslaşmanı uğurlu şəkildə təşkil edirlər. Ukraynada, Gürcüstanda, Qırğızıstanda hadisələrirn önündə gedən məhz QHT-lər və fəallar idi. O cümlədən ərəb ölkələrində də bunun təzahürünü görə bilirik. Amma bunun nəticələri həmişə yaxşı olmur. Çünki, siyasi partiya  öz məsuliyyətini dərk edərək, məhz ictimai-siyasi mövqedə tarazlığı qorumağı bacarmalıdır. Hakimiyyət istəyər ki, dövlətinə, millətinə bağlı, kifayət qədər güclü rəqibi olsun. Hakimiyyət həmişə maraqlıdır ki, onin fəaliyyətində olan boşluqlar rəqiblər tərəfindən xoş niyyətlə işıqlandırılsın və bundan nəticə çıxarsın. Bizdə isə  tamamilə fərqlidir. Müəyyən aksiyalar təşkil olunur ki, bu da dövlətimiz üçün müsbət effekt vermir.  Bu isə doğru deyil. QHT-lərin məqsədi hakimiyyətə gəlmək deyil. Bu bizi fərqləndirən başlıca elementlərdəndir.

- Sosail şəbəkələr,  Facebook, twitter kimi boyük bir virtual məkan yaranıb. Yeni medianın imkanı QHT tərəfindən necə qiymətləndirilir?

- Hələlik Azərbaycanda ictimaiyyəti, yeni medianın bütün təfərrüatını tam şəkildə dəyərləndirə bilmir. Bu artıq yeni fenomendir, yeni texnologiyadır. Neçə ildir Facebook-dan qaçırdım, axırda Facebook özü məni yaxaladı. Artıq məcbur oldum özüm qoşulum. Effektini də hiss edirəm. 2 dəqiqədə baş vermiş hadisələri sosial şəbəkə  vasitəsi ilə öyrənə bilirəm. Özümün də verdiyim məlumatı qısa vaxtda dostlarıma bildrirəm. Təəssüflər olsun ki, biz Facebook-dan yaradıcı vasitə kimi çox az istifadə edirik. Bəzən insanlara hörmətsizlik olunur, bəzən milli maraqlara uyğun olmayan məlumatlar yayımlanır. Artıq Facebook-a siyasi aksiyaların təşkil olunması üçün çevik bir instrument kimi baxlıır. Bunların hamısı reallıqdır və biz byny dəyişə bilmərik. Mən əminəm ki, vaxt gələcək müəyyən müddət sonra facebookda baş verən xaos, süi- stifadə faktları kifayət qədər azalacaq və düzən yaranacaq.

- QHT-lər əvvəllər məlumat vermək üçün KİV-lə uzun-uzadı danışıqlar aparmağa məcbur olurdular. KİV QHT hesabatlarına biganə idi. Bəs QHT-lər yeni imkanlarından istifadə edə bilirmi?

- Qeyd edim ki, istənilən məlumati Facebook vasitəsilə 100 minlərlə insana çatdırmaq mümkündür. Artıq QHT-lərin KİV-lərdən diqqət görməməsiylə bağlı irəli sürdüyü bəhanələri aradan qaldırmağın vaxtıdır. Bu çox ciddi tendensiyadır və XXI əsrin ən önəmli qloballaşma deyilən prosesin bariz nümunəsidir. Biz bunun müsbət tərəflərindən faydalanmalıyıq, bu yeni imkanlar deməkdir. Biz 5-6 layihə müəyyənləşdirmişik ki, bunlardan biri də Facebook sosial şəbəkəsinin monitorinqidir. Mən şübhə etmirəm ki, Şura gəlcəkdə bu mövzunu davam etdirəcək. Çünki günümüzün ciddi, aktual məsələlərindən biridir və biz bundan kənarda qala bilmərik.

- Bu il siyasi cəhətdən aktiv seçki ilidir. Qeyri-hökumət təşkilatlarının hədəfləri bu il üçün nələrdir?

- Bu ilin əsas siyasi mövzusu seçkilərdir. Biz çalışmalıyıq ki, seçkilər yüksək səviyyədə keçirilsin. Azərbaycandakı seçkilərdə hər hansı kənar müdaxilə olmasın və milli maraqlarımıza zidd addımlar olmasın. Bu gün cənab Prezidentin apardığı siyasət sırf milli marağa xidmət edir, öz prinsipiallığı ilə seçilir. Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, çox böyük bölgəsəl oyunçuya çevrilib. Bunun müəyyən bədəlləri olur. Buna görə sevinənlərlə yanaşı, sevinməyənlər də olur. Sevinməyənlər üçün seçki çox böyük fürsətdir və o fürsətdən faydalanıb ölkədəki adi bir faktı şişirdərək böyük problemə çevirmək istəyənlər var və olacaq. Bəzi təbəqələrin həssas emosiyasından istifadə edərək Azərbaycan dövlətinə qarşı təhdidlər olacaq. Son aylarda əsgər ölümü ilə bağlı aksiyalar keçirildi. Əlbəttə, əsgər ölümü hər birimizi kədərləndirir, amma burda həmin aksiyaları təşkil edənlərin siyasi maraqları nədir? Niyə məhz seçki ilində ortalığa atıldı? Demək ki, bunu dəqiq hesablayırlar ki, Azərbaycan ictimaiyyətində əsgər ölümünə çox həssas münasibət var. Məhz bu yöndən təbəqəni dövlətə qarşı çevirmək istəyirlər. Bizim gənclərimiz bilsin, biz bunun əleyhinəyik. Ali Baş Komandan , kiçik bir çavuş da istəməz ki, onun əsgəri ölsün, özüdə qeyri-müharibə şəraitində. Bizim üzərimizə düşən əsas vəzifələrdən biri belə layihələrin qarşısını almaqdır. İnsanlar bilmədən bu cür kənar qüvvələrin təşkil etdiyi aksiyalarda iştirak edirlər.  Bu baxımdan QHT çox işlər görməlidir. Maddi vəsaitimiz imkan versə, növbəti aylarda seçki ilə bağlı  layihələr hazırlayacağıq.

Xaqani Səfəroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan bu dəfə Goranboy-Naftalanı atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 11:00 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - VİDEO 24 Oktyabr 2020, 10:55 Baş Nazir qərarına dəyişiklik etdi 24 Oktyabr 2020, 10:50 Kəlbəcərin təbii sərvətlərinin təhlili 24 Oktyabr 2020, 10:42 “Ərazilər dronla işğaldan azad edilmir, onu əsgərlər azad edir” - İlham Əliyev 24 Oktyabr 2020, 10:36 ABŞ “Hizbullah”la bağlı məlumata görə 10 milyon dollar verəcək 24 Oktyabr 2020, 10:30 Düşmən Tərtər və Bərdəni atəşə tutur - Müdafiə Nazirliyi 24 Oktyabr 2020, 10:23 “İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” - “Figaro” qəzetinə MÜSAHİBƏ 24 Oktyabr 2020, 10:15 Cəlilabadda karantin qaydalarına riayət etməyənlərlə bağlı reyd keçirilib 24 Oktyabr 2020, 10:10 20 manatın üzərində “Qarabağ Azərbaycandır” yazılacaq 24 Oktyabr 2020, 10:05 Düşmənin zərbə pilotsuz uçuş aparatı ZƏRƏRSİZLƏŞDİRİLDİ 24 Oktyabr 2020, 10:00 Azərbaycanın Böyük Britaniyadakı səfiri növbəti videobrifinq keçirib  24 Oktyabr 2020, 09:54 Neft yenidən ucuzlaşdı 24 Oktyabr 2020, 09:47 Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA 24 Oktyabr 2020, 09:40 Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi 24 Oktyabr 2020, 09:33 Bakıda kişi arvadını qətlə yetirib, intihara cəhd etdi 24 Oktyabr 2020, 09:25 Bakıda minik avtomobili yanıb 24 Oktyabr 2020, 09:20 Ceyhun Bayramov ABŞ-da azərbaycanlılarla görüşdü 24 Oktyabr 2020, 09:15 Paytaxtda siqaret yanğına səbəb oldu 24 Oktyabr 2020, 09:07 Bakının küçələri yenidən dezinfeksiya edilir - FOTOLAR 24 Oktyabr 2020, 09:00 “Ermənistanın atdığı “Smerç” yaşayış evinin həyətinə düşüb” - Hikmət Hacıyev 24 Oktyabr 2020, 08:38 Cəbhədə ağır döyüşlər davam edir - vacib yüksəkliklər azad edildi 24 Oktyabr 2020, 08:01 Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirdi 24 Oktyabr 2020, 07:52 “Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq 24 Oktyabr 2020, 07:43 Ceyhun Bayramov Nensi Pelosi ilə Qarabağ münaqişəsini müzakirə etdi 24 Oktyabr 2020, 07:32 Azərbaycanın Xarici İşlər naziri həmsədrlərlə görüşdü 24 Oktyabr 2020, 06:42 Cəbhə gündəliyi: 23 oktyabrda nələr oldu... 24 Oktyabr 2020, 02:06 Fransa və Almaniyada yaşayan ermənilər Qarabağa yardım adı ilə silah göndərir - FOTO 24 Oktyabr 2020, 02:04 “İrəvan Moskvanı münaqişəyə cəlb etmək istəyir” - Mustafa Şentop 24 Oktyabr 2020, 00:59 “Trampın Qarabağla bağlı hansı irəliləyişdən danışdığını bilmirik” - Kremldən açıqlama 24 Oktyabr 2020, 00:48 Türkiyədə COVID-19-a yoluxanların sayı artır 24 Oktyabr 2020, 00:32 Akar NATO nazirləri ilə danışdı: “Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir” 24 Oktyabr 2020, 00:20 “Ermənistanla müharibəyə bu əsasda son qoyula bilər” - Ceyhun Bayramov 24 Oktyabr 2020, 00:07 Aviasiyamız düşmənin artilleriya bölmələrini darmadağın etdi - VİDEO 23 Oktyabr 2020, 23:54 “Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana xəbərdarlıq 23 Oktyabr 2020, 23:46