Modern.az

Xocalıda hər iki valdeynini itirmişlər dərdlərini şagirdlərə danışdılar-FOTOLAR

Xocalıda hər iki valdeynini itirmişlər dərdlərini şagirdlərə danışdılar-FOTOLAR

29 Mart 2013, 18:04

Bu gün Nizami rayon 62 saylı məktəb-liseydə “31 Mart Azərbaycanlıların Soyqırım Günü” ilə bağlı tədbir keçirilib.

 

 

Tədbir məktəb-liseyin Valideyn Müəllim Assosiyası tərəfindən təşkil olunmuşdu.

Modern.az saytı xəbər verir ki, görüşdə Milli Məclisin deputatları Flora Qasımova, Sevinc Hüseynova və Elman Məmmədo, Xocalı soyqrımı zamanı hər iki valdeynini itirmiş uşaqlar (indi onların ən kiçiyinin 21 yaşı var) və Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

 

Şagirdlərin hazırladığı bədii kompizisiya ilə başlayan tədbirdə Xocalı soyqrımı zamanı hər iki valdeynini itirmiş uşaqlardan (indi onların ən kiçiyinin 21 yaşı var) Xəzəngül Əmirova və Tahirə Hüseynova canlı şahidi olduqları hadisələri şagird və müəllim kollektivi qarşısında bir daha xatırlayaraq, həmin günlərin ağrı-acısını paylaşıblar.

Xocalının deputatı Elman Məmmədov bu soyqırım bütün tarix boyu yaddaşlardan silinməyəcəyini bildirib: “İnanırıq ki, cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində öz torpaqlarımıza qayıdacağıq”.

Millət vəkili çıxışında Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş  insanlara bunun çox ağır faciə olduğunu və onlara dözümlü olmağı məsləhət görüb:

“Biz dünya ölklərinə soyqırımın nə demək olduğunu və bunun ermənilər tərəfindən xalqımıza qarşı cinayət olduğunu çatdırmalıyıq. Bunun sayəsində səsimizi dünyaya çatdıra bilərik”-deyə, millət vəkili Sevinc Hüseynova bildirib. Bu bəşəriyyətə, insanlığa qarşı qəddarlığın bir nümunəsidir: “Bu hadisənin canlı şahidləri bu gün burda iştirak edən Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş insanlardır”

“Damarlarında Azərbaycan qanı axan hər bir vətəndaşın içində ermənilərə qarşı ikrah və qisas hissi olmalıdır”-deyən millət vəkili Flora Qasımova ermənilərin soydaşlarımıza qarşı törətdikləri soyqırım aktının dünyaya çatdırılmasının vacibliyini bir daha xatırladıb: “Soyqırımı və ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Əsas məqsədimiz də odur ki, biz tariximizi və ermənilərin törətdikləri vəhşilikləri heç zaman unutmayaq”.

 

  

 

 

 

 

 

 

Pərvin ARZUQIZI

Elçin AĞAYEV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir