Modern.az

Hacıbala Abutalıbovun VİDEOsu yayıldı: "Onları mələyə çevirəcəm"

Hacıbala Abutalıbovun VİDEOsu  yayıldı: "Onları mələyə çevirəcəm"

29 Mart 2013, 18:58


Martın 29-da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Qış Bulvarında görülən işlərə baxış keçirib.

Ərazidə olan şəhər meri "Azadlıq" radiosunun suallarını cavablandırıb.

Hacıbala Abutalıbov Gül Bayramı üçün görülən işlərdən, ərazidə olan əhalinin köçürülməsindən danışıb.

O qeyd edib ki, Heydər Əliyevin doğum günü üçün keçən ilkindən 2 dəfədən çox gül gətiriləcək.

Hacıbala Abutalıbov həmçinin insanların ərazidən köçürülməsinə də münasibət bildirib:

«Bütün bunlar şəhərimizin abadlaşdırılması üçündür. İnsanların heç birində narazılıq yoxdur. Xahiş edirəm onlardasn yaxşını yaxşı görsünlər, pisdə də yaxşı görsünlər. Mən onların qəlbindəki şeytanı mələyə çevirəcəm»

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər