Modern.az

“ƏRƏB BAHARI”nın çılpaq həqiqətləri - FOTOLAR

“ƏRƏB BAHARI”nın çılpaq həqiqətləri - FOTOLAR

30 Mart 2013, 12:30

“Ərəb ölkələrində etiraz dalğası - ƏRƏB BAHARI - 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzağın bahalaşması, söz azadlığının boğulması, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir”. Bu, beynəlxalq ictimaiyyətin “Ərəb baharı”na verdiyi ümumi tərifdir.

Məsələnin pərdəarxası məqamları isə ərəb ölkələrində soyuq qış küləkləri əsdirən bu “BAHARI” başqa cür izah edir. Palitoloqların fikirincə “ƏRƏB BAHARI”  “Supergüclər”in demokratiya adı altında həyata keçirdiyi yeni bölgüdür. Belə ki, siyasi, iqtisadi maraqların yönəldiyi ərəb ölkələrində baş tutan daxili münaqişələr ölkəni bütün sahələrdə iflic edərək, onu “demokratiya”nın at oynadacağı meydana çevirir. Bir az obrazlı desək, bu “BAHAR” “Supergüclər” üçün “Süleyman süfrəsi”nin açılışıdır.

İlk qiyam 18 dekabrda Tunisdə başlayıb və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin Əlinin ölkəni tərk etməsi və onun qurduğu rejimin çökməsi ilə nəticələnib. Tunis inqilabından təsirlənən digər ərəb ölkələrini də nümayiş dalğaları bürüdü. Nəticə etibarilə əksər ölkələr sonda yağışdan çıxıb yağmura düşdüklərini anladılar, Amma müsəlmanın sonrakı ağlı nə qədər yaxşı olsa da, fayda verməz.

İğtişaşlar zamanı  39.852 + nəfər həlak olub. Bu gün Suriyada məlum proseslərin davam etdiyi üçün göstərilən sayın günbəgün artdığını da nəzərə almalıyıq. 

Bəhreyn -14 fevral 2011-ci il - Böyük miqyasda etirazlar baş verdi.

Əlcəzair - 28 dekabr 2010-cu il - Hakimiyyət devrilməsə də, ölkə daxilində mühüm dəyişikliklər oldu. 

Cibuti - 28 yanvar 2011-ci il - Kiçik miqyasda etirazlar baş verdi. 

Qərbi Saxara - 20 fevral 2011-ci il - Kiçik miqyasda etirazlar baş verdi.

İordaniya - 14 yanvar 2011-ci il - Hökümət dəyişdi.

İran - 14 fevral 2011-ci il - Böyük miqyasda etirazlar baş verdi.

İraq - 10 fevral 2011-ci il - Böyük miqyasda etirazlar baş verdi.

Küveyt - 18 fevral 2011-ci il - Hökümət dəyişidi.

Livan-12 yanvar 2011-ci il - Kiçik miqyasda etirazlar baş verdi.

Liviya-17 fevral 2011-ci il - Hökümət devrildi.

Mavritaniya - 17 yanvar 2011-ci il - Kiçik miqyasda etirazlar baş verdi.

Misir - 25 yanvar 2011-ci il   - Hökümət devrildi.

Mərakeş - 30 yanvar 2011-ci il - Böyük miqyasda etirazlar baş verdi. 

Sudan - 17 yanvar 2011-ci il - Kiçik miqyasda etirazlar baş verdi 

Tunis - 18 dekabr 2010-cu il - Hökümət dəyişdi.

Yəmən -18 yanvar 2011-ci il - Hökümət dəyişdi.

Suriya - 15 mart 2011- ci il – Nə Bəşər Əsəd rejimi, nə də müxalif qüvvələr kompromisə gedirlər. Hadisələr vətəndaş müharibəsi fonunda davam edir. Qurbanların sayı günbəgün artır.

 

 

 

 

 

Elçin AĞAYEV

 

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı