Modern.az

Əlövsət Əliyev: “Azərbaycanda əcnəbilər barəsində vahid məlumat bazası olacaq”

Əlövsət Əliyev: “Azərbaycanda əcnəbilər barəsində vahid məlumat bazası olacaq”

Dünya

30 Mart 2013, 15:51


Aprelin 1-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı ilə bağlı qanunda edilən əlavə dəyişikliklər qüvvəyə minəcək. Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Modern.az-a açıqlamasında bildirib ki, 2008-ci il tarixdən başlayaraq Azərbaycan Respublikasında miqrasiya siyasətin də aparılan sərtləşmə tədricən yumşalmağa başlamışdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də edilən son dəyişikliklər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəziyyətini xeyli yüngülləşdirdi. Belə ki, son dəyişikliyə qədər Azərbaycana gələn əcnəbilər əgər 30 gündən artıq müddətə Azərbaycanda yaşamaq istəyirdisə o zaman onlar polis orqanlarına getməklə, 10 AZN məbləğində rüsum ödəməklə qeydiyyata alınırdılar. “İndiki halda isə Azərbaycanda 3 gündən artıq müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mehmanxanaya, sanatoriyaya, istirahət evinə, pansionata, kempinqə, turist bazasına, xəstəxanaya, digər belə ictimai yerə, mənzilə, başqa yaşayış sahəsinə gəldikdə həmin yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi 3 gün ərzində əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi (6 saylı Əlavə) və həmin şəxsin pasportunun surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinin müvafiq qumlarına təqdim etməlidir.

Yeni dəyişikliklərə əsasən, ölkəyə viza əsasında gələnlər (vizada göstərilən müddətə, viza tələb olunmayan qaydada gələnlər) 90 gün müddətinə qeydə alınacaqlar. “Əcnəbilərin 3 gündən artıq müvəqqəti olan əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu nəzərdə tutulmayıb. Dəyişikliyin digər müsbət tərəfi ondan ibarətdir ki, Azərbaycana gələn əcnəbilərin Azərbaycanda hansı statusla yaşamasından asılı olmayaraq onların barəsində vahid məlumat bazası olacaqdır”.  

 

Anar Kəlbiyev

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi