Modern.az

Əbdurrəhman Vəzirov: “Mən prezidentə dedim ki, onları sakitləşdirsin” - MÜSAHİBƏ

Əbdurrəhman Vəzirov: “Mən prezidentə dedim ki, onları sakitləşdirsin” - MÜSAHİBƏ

30 Mart 2013, 18:06

“Amerika üçün bu region İrana yönlənmiş durbindir”  

Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi müsahibəsində maraqlı məqamlara toxunub

90-cı illərdə Azərbaycana rəhbərlik etmiş, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş, fövqaladə və səlahiyyətli səfir Əbdürrəhman Vəzirov Rusiyanın “Trud” qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub.
Modern.az saytının məlumatına görə, keçmiş SSRİ-nin Pakistanadkı eks-səfiri olmuş  Ə.Vəzirov Yaxşın Şərq problemi, regional maraqlar uğrunda aparılan mübarizə və Pakistanda səfir işlədiyi vaxt prezident Ziya-ül-Həqqlə olan dostluğundan maraqlı xatirələr danışıb.

Modern.az saytı müsahibəni qısa ixtisarla oxuculara təqdim edir:

- Əbdurrəhman Xəliloviç, necə olduki siz Pakistana gedəsi oldunuz və ən əsası da Sovet Ordusuna qarşı Əfqanıstanda elan olunmamış müharibə aparan bir dövlətdə sizi necə qarşıladılar?

-1985-ci ildə Əfqanıstanda qanlı hadisələrin ən qaynar vaxtlarında SSRİ xarici işlər naziri Andrey Andreyeviç Qromıko məni yanına çağırdı. Mən hələ o vaxt Nepal Krallığında səfir vəzifəsində çalışırdım. O mənə sülhlə dolu olan dinc Nepaldan hərb yaşanan, qarmaqarışıq, müharibə vəziyyətindəki, lakin böyük strateji əhəmiyyət daşıyan Pakistana köçməyi təklif elədi. "Biz faktiki olaraq Pakistanla müharibə vəziyyətindəyik” – Qromıko mənə dedi. Sonra da əlavə etdi
- “Düşmənlərin tərəfində onun instrukturları və nizami  hərbi hissələri müharibə aparır. Bu dövlətin ərazisindən bizə düşmən olan gücləin silahla dolu karvanları və maliyyə vəsaitləri keçir. Pakistanın prezidenti general Ziya-ul-Həqq sözdə çox mülayim və mövcud olan qarşıdurmanı həll eləməyə çalışdığını göstərsə də, reallıq başqa cürdür. Məsələ ondadır ki, Əfqanıstanda bizim yüzlərcə adamımız ölür və bu vəziyyət heç vaxt bizim Pakistanla əlaqələrimizi yaxşılaşdırmağa imkan verməyəcək”.
Mənə çox sərt bir şəkildə bildirildi ki, bizim Pakistan siyasətimiz İslamabadın bizimlə dostluq əlaqəsində olan Dehliyə münasibətlərini nəzərə almaqla qurulacaq.

Bu gün orada yeni siyasi konfiqurasiyalar qurulur. Bu region həmişə ABŞ-ın marağında olacaq. Amerikanlar üçün bu region hər şeydən əvvəl onlarla kritik münasibətdə olan İrana tərəf yönlənmiş bir durbindir. Başqa bir tərəfdən də bura Çinə də çox yaxındır. Onlar Yaponyadaki bazaları və Cənubi Koreya ilə mühasirəyə aldıqları Çini indi də başqa tərəfdən mühasirəyə ala bilərlər.
ABŞ 11 sentyabr hadisələri ilə çox sarsıldı. Amma buna baxmayaraq özünü çox soyuqqanlı aparır və böyük bir uzaqgörənliklə əllərinə düşmüş bu imkanı çox yaxşı dəyərləndirməyə çalışırlar. Bununla onlar həm terrorçuları cəzalandıracaq, həm də Rusiyanın təsir dairəsi həmişə hiss olunan Mərkəzi Asiyanın ən önəmli regionunda möhkəmlənəcək. Əslində isə burda söhbət ABŞ-ın özünü yeganə super güc elan edərək, dünyanı yenidən qurmaq istəyini reallaşdırmaq üçün strateji platsdarm  yaratmasından gedir.

- O vaxt sovet səfirliyi qarşısına qoyulmuş ən vacib tələblərdən biri sovet hərbi əsirləirnin geri qaytarılması məsələsi idi. Bəs sizin bu məsələ ilə şəxsən məşğul olduğunuz vaxtlar olubmu?

- Bəli, mən bunu həm səfir kimi, həm də bir vətəndaş kimi özümün vacib işim hesab edirdim. Bu məsələnin həllində mənim Pakistan prezidenti Ziya-ül-Həqqlə şəxsi xoş münasibətlərimin böyük rolu olurdu. Pakistan prezidenti bir dəfə hətta mənə dedi ki, ABŞ və Çin səfirləri ondan inciyiblər ki, o sovet səfirinin evində 3 dəfə şam edib, onların, yəni Pakistanın yaxın tərəfdaşlarıın və dostlarının evində isə heç bir dəfə də olsun olmayıb. Bu zaman mən prezidentə zarafatla dedim ki, onları sakitləşdirsin və desin ki, “mən onun evində şam edirəm, amma sizi dinləyirəm”.  Züya-ül-Həqq bizim ənənələrimiz çərçivəsində olan dəvətlərimizdə də çox fəal iştirak edirdi. Hətta bir dəfə bizim 23 fevral -Sovet Ordusu günü ilə bağlı bayramımızda iştirak etmişdi. SSRİ XİN-i bundan şoka düşmüşdü.
Bizim prezident Ziya-ül-Həqqlə görüşlərimizin uzun-uzadı çəkməsini nəzərə alaraq, səfirlikdə onun rahat namaz qılıb, dua edə bilməsi üçün xüsusi otaq da ayırmışdıq.

Pakistanın xarici işlər naziri Yaqub Xanla da ilk görüşümü yaxşı xatırlayıram. Biz onunla çox vaxt rusca danışırdıq. O rus dilini İkinci Dünya Müharibəsi vaxtı İtaliyada hərbi əsirlərin saxlanıldığı düşərgədə ruslarla danışa-danışa öyrənmişdi. Bundan xeyli müddət sonra isə o, Moskvada səfir olanda dili daha da təkmilləşdirmişdi. Elə ilk görüşdəcə xarici işlər naziri söz verdi ki, sovet səfirinin bütün istəklərinə dərhal, heç bir protokol proseduru olmadan baxılacaq.
Çox keçmədi ki, polis Pakistan həbsxanasında saxlanılan 2 sovet hərbi əsirini gətirdi. Bir neçə gündən sonra da yenidən daha 3 əsiri bizə qaytardılar. Bu minvalla da mən Pakistanda səfir işlədiyim vaxt ərzində onlarca əsir düşmüş sovet vətəndaşını vətənə qaytara bildim.

Amma təəssüf ki, bizə qaytarılanlar arasında müharibədə əsir düşənlər çox az idi. Əksər hallarda ordudan qaçanlar, nizam-intizamı pozanlar olurdu. Yadımdadır, hətta biri Türkmənistanda sərhəddi keçməyə çalışarkən yaxalanmışdı. Digəri isə  sovet həbsxanasından qaçmışdı və Əfqansanda gizlənmək istəyirdi. Lakin o vaxtlar bu hadisə ilə bağlı heç nə danışılmırdı.

Gəlin sizə heç kimin bilmədiyi hadisəni danışım. İki sovet hərbi vertolyotu xüsusi tapşırığı yerinə yetirərkən xəritəni səhv salaraq, Pakistanın ucqar dağlıq rayonlarından birinə enmişdi. Vertolyotlar yerli sakinlər tərəfindən güllələnmişdi. Ekipaj isə möcüzəli şəkildə sağ qalaraq əsir düşmüşdü.
Onların azad olunması məsələsinin elə özü bir başqa söhbətdi. Biz bir neçə gündən sonra 6 əsir düşmüş zabitin azad edildərək səfirlikdə olduqları barədə Moskvaya xəbər göndərdik. Yeri gəlmişkən, onların arasında Rusiyanın gələcək vitse-prezidenti general Rutskoy da var idi.

İslamabadda olan missiyamın yekunlaşmağı münasibəti ilə prezident Ziya-ül- Həqq məni qəbul etdi. Mərasimdən əvvəl mənə xəbər etdilər ki,  prezident məni Pakistanın fəxri ordeni ilə təltif etmək istəyir. Mən isə bu mükafatın əvəzində ondan bir qrup hərbi əsirimizi azad etməsini xahiş etdim. Xahişim yerinə yetirildi.

- Hazırda Rusiyanı və Amerikanı narahat edən məsələlərdən biri Pakistanın nüvə silahına malik olması faktıdır. Bəs bu dağıdıcı gücün terrorçuların əlinə düşməsi təhlükəsi əsaslıdırmı?

- Sovet səfirliyinin və DTK və BKİ-nin rezidenturalarının qarşısına qoyulmuş önəmli məqsədlərdən biri nüvə silahı haqda informasiya aşkarlamaq idi. Hətta rayonların, şəhərlərin havası  belə, peşəkər mütəxəssislər tərəfindən araşdırılırdı.
Hələ Pakistanın nüvə silahını sınaqdan keçirməsindən çox əvvəl səfirlik Moskvaya Pakistanın nüvə silahına və onun daşınması üçün bütün vasitələrə malik olması barədə xəbər vermişdi.
Bizi də, amerikalıları da nüvə silahının yayılması ehtimalı qorxudurdu. Bu məsələ Hindistanı da az qorxutmurdu. Həmçinin də "islam bombası" termini yaradan İsraili də.
O ki qaldı nüvə silahının terrorçuların əlinə düşə bilmə ehtimalına, onu deyə bilərəm ki, heç kəs təhlükədən, təhlükəli gedişatdan sığortalanmayıb. Lakin bu çox az ehtimal olunan bir variantdır.

Mən Pakistan elitasını çox yaxşı tanıyıram. Onlar çox yüksək drəcəli, peşəkarlar, intellektual cəhətdən inkişaf etmiş çox savadlı, sərrast ağıla və düşüncə qabiliyyətinə malik, özlərini idarə etməyi bacaran millətdir.
Hindistanla nüvə müharibəsinə gəlincə, onlar bilirlər ki, bu özünəqəsd deməkdir və buna heç vaxt getməzlər.

Tərcümə edən:
Günəş Fərhadlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı