Modern.az

“Sunset”də xəsarət alanların SON DURUMU

“Sunset”də xəsarət alanların SON DURUMU

31 Avqust 2022, 11:38

Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda yerləşən “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan kişinin vəziyyəti ağırdır.

 

Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.

 

Qeyd olunub ki, yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib:

 

"Xəsarət alan qadınlardan birinin bədən səthinin 45%-i, digərinin bədən səthinin 35-40%-i, kişinin bədən səthinin isə 60 %-i yanıb. Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir. Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat