Modern.az

Türkiyənin Krım siyasəti Rusiyanı narahat etmir - Peskov

Türkiyənin Krım siyasəti Rusiyanı narahat etmir - Peskov

Aktual

31 Avqust 2022, 16:15

"Ankara Krım məsələsində Rusiya ilə razı olmadığını əvvəldən demişdi. Bu, bizim Türkiyə ilə əməkdaşlığımıza mane deyil".

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krım barədə dedikləri Ukrayna ilə münaqişəli vəziyyətlərin tənzimlənməsində Ankara ilə əməkdaşlıq etməyə mane olmur. Biz Türkiyə ilə ünsiyyət saxlamışıq və saxlayacağıq. Bizim qarşılıqlı fəaliyyəti dərinləşdirmək üçün çox yaxşı potensial imkanlarımız var”,- Rusiya rəsmisi bildirib.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krımın Ukrayna ərazisi olduğunu deyərək, Ankaranın bu məsələdə mövqeyinin dəyişmədiyini diqqətə çatdırıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır