Modern.az

MİŞEL: Xalqların sülhə hazırlığı vacibdir

MİŞEL: Xalqların sülhə hazırlığı vacibdir

Aktual

31 Avqust 2022, 20:33

Hər iki xalqın əlaqəsi və onların uzunmüddətli davamlı sülhə hazırlığı vacibdir.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilir.

 

Mişel bildirib ki, Brüsseldə keçirilən görüşdə nəqliyyat əlaqələrinin açılmas ilə bağlı müzakirələrin inkişafı nəzərdən keçirilib.

 

“Belə həssas vəziyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə dinlənilir və diqqətə alınır. Avropa İttifaqı uzunmüddətli davamlı sülhə dəstəyini daha da gücləndirməyə hazırdır. Avropa İttifaqı həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək”, - deyə bəyanatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır