Modern.az

Köçəryanın fırıldağı, “Armavia”nın iflasa uğrama səbəbləri - Qısa tarixçə...

Köçəryanın fırıldağı, “Armavia”nın iflasa uğrama səbəbləri - Qısa tarixçə...

1 Aprel 2013, 13:15

İsmayıl Tanrıverdi 
BDU-nun Erməni araşdırmaları ETL-nin böyük elmi işçisi

1996-cı ildə əsası qoyulmuş “Armavia” şirkəti 2001-ci ilədək xarici şirkətlərin təyyarələri hesabına fəaliyyət göstərib. Şirkətin 2001-ci ildə 1, 2003 – cü ildə 3, 2006-cı ildə 6, 2007-ci ildə isə 14 təyyarəsi olub.

Hələ 12 il bundan öncə keçmiş prezident Robert Köçəryan öz hakimiyyətinin ilk illərində süni olaraq iflas vəziyyəti yaratdı və xalqın gözündən pərdə asaraq şirkətin özəlləşməyə ehtiyacı olduğunu bəyan etdi. Öz istəyinə nail olan Köçəryan “Ermənistan hava yolları” dövlət şirkətini çox ucuz qiymətə yaxın dostu və iş adamı Mixail Bağdasarova satdı. Bu alqı satqıdan sonra ermənilər arasında müxtəlif şayiələr yarandı. Onlardan birində deyilirdi ki, “özəlləşdirmə nəticəsində bir təyyarə də Köçəryanın özünə qalıb”.

2007-2010-cu illərdə şirkətin çiçəklənən dövrü olub. Belə ki, həmin illər “Armavia” özünü etibarlı tərəf müqabili kimi göstərərək bağlanan müqavilələrə düzgün əməl edib.

2008 – ci ildə dünyanın bir sıra ölkələrini və aviaşirkətlərini bürüyən iqtisadi böhran “Armavia”ya da öz təsirini gödtərməyə başladı. Şirkətin sahibi M.Bağdasarov bu  böhranın qarşısını almaq üçün özünün başqa biznes sahələrindən əldə etdiyi gəlirlərini də “Armavia”nın inkişafı üçün sərf etsə də,məqsədinə nail ola bilmədi.

Hazırda vəziyyət o yerə çatıb ki, şirkət rəhbərliyi uçuşları dayandıraraq iflasın qeydə alınması prosesini başlamaq məcburiyyətində qalıb. Artıq “Zvartnots” hava limanında uçuşlar təxirə salınıb.  Yəqin ki, mülki aviasiya da tezliklə öz fikrini bildirəcək.


Beləliklə, “Armavia”nın alın yazısı yenilənməyə başladı. Ermənistanda hər kəsin qənaəti belədir ki, ölkə rəhbərliyi şirkəti yenidən satışa çıxarmaq üçün bu addımı atır. Əslində bu. doğrudan da belədir. Çünki, son vaxtlar dolaşan söz-söhbətlərə görə “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Sarukyan “Armavia”şirkətini almaq niyyətindədir.

Əvvələr Q.Sarukyan prezident S.Sərkisyanın lap yaxın silahdaşı olsa  da, seçkilər ərəfəsində araları möhkəm dəyib.  Çünki seçkilərdə  o da öz namizədliyini vermək istəyirdi. Sarukyanı öz fikrindən döndərmək üçün müxtəlif üsullara əl atan Sarkisyan çətin də  olsa öz arzusuna nail oldu. Seçki qabağı vəziyyətdən məlum idi ki, xalq Sarukyanı prezident görmək istəyir. Sarukyan isə seçkilər zamanı Ermənistanı tərk edib xaricə getdi.

Seçkilərdən sonra geri qayıdan Sarukyan ana müxalifətin rəhbəri Raffi Hovannisyan ilə görüşərək onu dəstəkləyəcəyini bildirib. Bəlkə də Sarkisyan Sarukyanın könlünü almaq üçün avia şirkətin ona satılmasına şərait yaratmışdır.

Sarukyanın mətbuat xidmətinin rəhbəri də təsdiq edib ki, Sarukyan iflasa uğrayan “Armavia”  şirkətinin rəhbəri M.Bağdasarov ilə görüşərək öncə məsələ ilə yaxından tanış olub, sonra isə ona şirkətin iflas işlərini tezləndirməyi təklif edib. Belə olsa, şirkətin alqı-satqı məsləsi çox ucuz qiymətə başa gələr və işçilərin 6 aylıq maaşının verilməsi işi asanlaşar.

Hazarda “Armavia” şirkətinin Rusiyanın 2 bankına olan borcunun 22 milyon dollar olduğu bildilirilir və banklar bu borcun ödənilməsi üçün artıq məhkəməyə müraciət ediblər. Şirkətin “Zvartnots” hava limanına isə 5.5 milyon dollar borcu var. Ümumi xarici şirkətlər və hava limanlara olan borcları təxminən 100 milyon dollar olduğu bildirilir.

Bu borcların yaranma səbəbləri müxtəlifdir. İstisna deyil ki, M.Bağdasarov Slovakiyada satın aldığı hava limanı “Armavia”nın  borcları hesabınadır. Bundan başqa onun xarici ölkələrdə hələ də iri şrikətləri mövcuddur. Beləliklə Armavianın başına gətirilən oyunların nə ilə nəticələnəcəyi yaxın zamanlarda məlum olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir