Modern.az

Partiya sədri qadınlarla görüşüb - FOTO

Partiya sədri qadınlarla görüşüb - FOTO

Aktual

1 Aprel 2013, 15:37

Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev VİP Qadınlar Təşkilatı İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə VİP Qadınlar Təşkilatının  fəaliyyəti və gücləndirilməsi imkanları, partiyanın növbəti açıq Məclisinin təşkili, qarşıdan gələn prezident se,kiləri və cari məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən VİP sədri Ə.Əliyev son parlament seçkilərindən sonra yenidən təşkilatlanma prosesində olan VİP Qadınlar Təşkilatının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərin qənaətbəxş olduğunu diqqətə çatdırıb. Ə.Əliyev  ölkədə siyasi fəaliyyətə yaradılan süni maneələr şəraitində son zamanlarda partiyaya çox sayda xanım vətəndaşların cəlb olunmasını düzgün qurulmuş fəaliyyətin nəticəsi kimi qiymətləndirib. VİP sədri partiyanın Qadınlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi və sıralarının daha da genişləndirilməsinə yönəlik tövsiyələrini verib. Görüşdə daha sonra VİP Məclisinin aprelin 7-də keçiriləcək genişləndirilmiş toplantısında partiyanın Qadınlar Təşkilatı fəallarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. VİP-in prezident seçkilərində iştirak məsələsinin  müzakirəsində fəallıq göstərən Qadınlar Təşkilatı İdarə Heyətinin üzvləri öz mövqelərini ifadə ediblər. Cari məsələlərin müzakirəsi ilə davam edən görüşün yekununda Ə.Əliyev iştirakçıların  çoxsaylı suallarını cavablandırıb.



Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır