Modern.az

Sami Yusif "Ərəb Baharı"na mahnı yazdı

Sami Yusif "Ərəb Baharı"na mahnı yazdı

1 Aprel 2013, 17:26


"İslamın ən böyük rok ulduzu” kimi populyarlıq qazanan İngilis müğənni Sami Yusif son albomunu  “Salaam”-ı Ərəb Baharına həsr edib. Modern.az – ın məlumatına görə, İstanbula albomun tanıtımı üçün gələn müğənni türk mətbuatına bu barədə müsahibə verib. 

Azərbaycan əsilli ingilis sənətçi Sami Yusif  müsahibəsində - “Salaam” müəyyən mənada qaranlıqdan çıxıb aydınlığa yönəlməyi, çətinlikləri, maneələri dəf etməyi anladır.” – deyib. O, albomda 16 mahnının yer aldığını, bu mahnıların  sülh, sevgi və hər şeydən önəmlisi bir ümid mesajı daşıdığını xüsusilə vurğulayıb.

“Siyasi baxışım yoxdur, hadisələrə insanlıq sarıdan baxıram. Ərəb Baharı-nın gətirdiyi dəyişiklikləri bir yerdə yaşadıq. Bu alboma da bu cür yanaşmaq lazımdır. ” – deyən, S.Yusif  ''I am your hope'' (Sənin ümidin mənəm) mahnısının Misirdə yaşanan hadisələrlə bağlı olduğunu da qeyd edib. O bildirib ki, bu mahnıda hansısa siyasi qrupdan və ya partiyadan söz gedə bilməz, mahnı sadəcə olaraq gəncliyə ünvanlanıb. 


Qeyd edək ki, “Salaam” Sami Yusifin sayca beşinci albomudur. “Time” jurnalı onu “İslamın ən böyük rok ulduzu”, "İngiliz Guardian" qəzeti isə “dünyanın ən məşhur Müsəlman İngilisi” deyə təqdim edir.


 Elçin AĞAYEV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı