Modern.az

MİQ üzrə apellyasiya müsahibələrinin keçiriləcəyi TARİX

MİQ üzrə apellyasiya müsahibələrinin keçiriləcəyi TARİX

Təhsil

5 Sentyabr 2022, 10:40

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 7-8 sentyabr tarixlərində “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

 

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmağı tövsiyə olunur.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat