Xaçmaz rayon İcra Hakimiyyəti 2 aprel tarixində - Kəlbəcərin işğalı günü rayon ərazisində konsert proqramının keçirilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. İcra hakimiyyətindən Modern.az-a verilən məlumata görə, bu gün Xaçmazda heç bir konsert proqramı təşkil olunmayıb.
“Mətbuatda yayılan informasiyalar tamamı ilə yalnışdır. Bu gün Xaçmaz şəhərində heç bir konsert keçirilməyib. Bu informasiyalar bizə qarşı təxribatdır”-deyə İcra Hakimiyyətindən qeyd edilib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə və xəbər saytlarında yayılan məlumata görə, Kəlbəcərin işğalının 20-ci ildönümü günündə Xaçmaz rayon İcra Hakimiyyəti ictimaiyyət üçün açıq havada konsert təşkil edib. Konsertdən çəkilmiş fotolar sosial şəbəkələrdə yerləşdirilib.
Anar RÜSTƏMOV