Prezident İlham Əliyev aprelin 2-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Yan Kellini (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.
Modern.az-ın prezidentin rəsm saytına istinadən verdiyi məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Modern.az