Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 final oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub. Avropa futbolunun nəhənglərindən olan “Bavariya” doğma meydanda İtaliya çempionu “Yuventus”u məğlub edib - 2:0.
“Barselona” isə səfərdə PSJ-nin qonağı olub. Maraqlı mübarizə şəraitində keçən oyunda qapılara dörd qol vurulub. Tərəflər hərəyə iki dəfə fərqlənib – 2:2.
Bu gün 1/4 finalın digər iki oyunu keçiriləcək.
23:45. “Malaqa” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya)
23:45. “Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə)