Modern.az

Nazirliklər onlara nəzarət edəcək İctimai şuraların yaradılmasına razıdırlar, narazı?

Nazirliklər onlara nəzarət edəcək İctimai şuraların yaradılmasına razıdırlar, narazı?

Qarabağ

3 Aprel 2013, 15:13

Milli Məclisin növbəti iclasının gündəliyinə “İctimai iştirakçılıq haqqında” qanun layihəsi daxil edilib. Keçiriləcək plenar iclasda deputatlar gündəliyə daxil edilmiş qanun layihəsi ilə bağlı müzakirələr aparacaqlar. 

“İctimai iştirakçılıq haqqında” qanun layihəsinə əsasən, dövlət orqanlarının fəaliyyətinə ictimaiyyətin nəzarəti təmin etmək üçün icra strukturları yanında İctimai şuralar yaradılır. Bu şuralar dövlət qurumlarının fəaliyyətinə nəzarəti həyata keçirəcək, rəy və təkliflərlə çıxış edəcək. İctimai Şuranın tərkibi könüllülərdən təşkil olunacaq. Aprelin 5-də müzakirəyə çıxarılacaq qanun layihəsinə nazirliklər hazırdırlarmı? Onlar dövlət orqanlarının fəaliyyətinə ictimaiyyətin nəzarətini necə qəbul edirlər?

Modern.az bir sıra nazirliklər arasında sorğu aparıb.

Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirdi ki, qanun hələ ki, müzakirə olunacaq. Amma qəbul olunan qanunun icrası birmənalı olaraq icra olunmalıdır.

Nazirliklərdə İctimai şuraların yaradılmasının daha effektlin olacağını deyən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, belə bir şuraların yaradılması işlərin daha da inkişafına, təkliflərin daxil olmağına kömək edəcək:
“Vətəndaşların dinləməsi, qəbulu, müraciətləri çatdırılacaq. Hesab edirəm ki, belə bir Şuranın yaradılması yaxşıdır. Nazirlik olaraq İctimai Şuranın yaradılmasına tam hazırıq”.

Gənclər və İdman Nazirliyində belə bir Şuranın fəaliyyət göstərdiyinin söyləyən mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev Milli Məclis tərəfindən qanun qəbul olunacağı halda könüllülər əsasında İctimai Şurasının yaradılmasına hazır olduqlarını bildirdi: “Artıq nazirliyin belə bir təcrübəsi var. Uzun müddətdir fəaliyyət göstərən Şuranın üzvləri Gənclər Təşkilatlarının nümayəndələridir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Ekoloji Şura 2010-cu ildən fəaliyyət göstərir. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın dediyinə görə, həmin şura həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin Qeyri Hökumət Təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirəsi və bu istiqamətdə effektivliyi təmin olunması üçün yaradılıb: “İctimaiyyətin bütün sorğularını, təkliflərini, iradlarını sayt vasitəsilə də qəbul edirik. Amma belə bir Şuranın yaradılması da tam normaldır”.

Belə bir təcrübəyə malik nazirliklərdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirliyin mətbuat xidmətinin rəhbəri İlham Məmmədov bildirdi ki, Respublikada pilot layihə kimi ilk dəfə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nazirlik tərkibində İctimai Şura yaradanlardan biridir. Onun sözlərinə görə, belə bir Şura Nazirlikdə artıq iki ildir fəaliyyət göstərir: “Qanunun hələ ki müzakirəyə çıxarılacaq. Ona görə də qanun qəbul olunandan sonra danışarıq”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı