Modern.az

Rusiyanın Azərbaycanda Kürdüstan vilayəti yaratmaq məqsədi nəyə xidmət edirdi? - TƏHLİL

Rusiyanın Azərbaycanda Kürdüstan vilayəti yaratmaq məqsədi nəyə xidmət edirdi? - TƏHLİL

4 Aprel 2013, 12:12

(“Laçın koridoru” silsiləsindən ikinci məqalə)

Rusiya Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında daha bir münaqişə ocağı yaratmaqla  bu ərazilərdə öz təsirini qoruyub saxlamaq, Azərbaycanı diz çökdürmək üçün erməni terrorunu daha da inkişaf etdirmək istəyirdi.


Azərbaycanda yaşayan etnik qrupların içərisində öz etik davranışlarına və yüksək qonşuluq münasibətlərinə görə başqalarına nümunə sayıla bilən tayfalardan biri də  etnik müsəlman kürdləridir. Kürd etnikləri bütün dövrlərdə dostluq münasibətlərinə sadiq qalaraq, rus təxribatlarına uymadan  mərdliklə, qürurla azərbaycandakı aborgen millət və bütün etnik qruplarla dinc yanaşı yaşayaraq tarixin sınaqlarından üzüağ çıxdılar.

Keçmiş zamanlarda, kürdlər, peşələri ilə əlaqədar köçəri həyat sürdüklərindən onlar oturaq həyata çox gec vərdiş etdilər. Tarixin bir çox mərhələlərində kürdlərin Cənubi Qafqaza ilk gəlişi 1590-cı ildə İbrahim ağa adlı birisinin başçılığı ilə Türkiyədən gəldikləri göstərilir.

Kürdlər əsasən İran, İraq və Türkiyədən keçməklə Azərbaycana gələrək daha çox İrəvan, Göyçə, Dərələyəz və Zəngəzur bölgələrində məskunlaşdıqları məlumdur. Lakin onların bir çoxu məişət şəraiti və ailə qayğıları ilə əlaqədar, başqa vilayətlərə köç edib gedərək çox tez-tez yaşayış yerlərini dəyişirdilər. Məhz bu səbəbdən də onlar yaşadıqları ərazilərdə öz mövcudluqlqrı barədə heç bir maddi sübut və ya iz qoymurdular. Çünki onların bir zamanlar yaşadıqları ərazilərdə kürd tarixini araşdırmaq üçün heç bir maddi və mədəni sübuta rast gəlinmir.

İndiki Laçın, Qubadlı və Kəlbəcər ərazilərinə kürdlərin ilk gəlişlərinin tarixini müəyyənləşdirmək hələlik çətindir.  Mənim qənaətimə görə Qarabağətrafı ərazilərdə kürdlərin məskunlaşdıqları ilk ərazilərdən biri, bəlkədə ən önəmlisi Laçın rayonunun Mirik kəndi olmuşdur. Görünür ki, kürdlər Mirik kəndində müəyyən zaman çərçivəsində azərbaycanlılarla qarışıq yaşayıblar. Onların bir qismi sonralar köç edib başqa ərazilərə getsələrdə bir qismi bu kənddə uzun müddət qalaraq kəndin azərbaycanlı əhalisi ilə qohumlaşmış öz dillərini itirərək assimlyasiyaya uğrayaraq azərbaycanlaşıblar. Aparılan araşdırmalara görə bu kəndin əhalisinin şifahi nitqində qalmış kürdlərə məxsus bəzi ləhcə, söz və ifadələrdə,  eləcədə tayfa və tirə adlarında özünü qabarıq şəkildə büruzə verir. Belə ki, Mirik kəndində Kolanılar, Niftallar, İmanlar kimi türk tayfaları ilə yanaşı Urtikli (Hurtikli), Qəlilər (Qəllər), Dəmolar və Hopurlar (Hopurru) kimi kürd tayfaları da olmuşdur. Bu tayfaların nümayəndələri bu tayfaların adlarını hal-hazırda yaşatsalar da, heç də özlərini kürd saymırlar.

Uzun illər kürdlərin köçəri həyata meyilli olmaları onların Azərbaycanda ümumi saylarının stabil olaraq artmasına əngəl törədib. Odur ki Azərbaycanda kürdlərin sayı dövrümüzə qədər sabit qalmayaraq, həmişə artan və azalan xətt üzrə inkişaf etmişdir.

Kürdlərin indiki Laçın rayonu ərazilərində oturaq həyata keçmələri XVIII əsrin əvvəllərindən başlandığı ehtimal olunur. Bu onunla əsaslandırılır ki, Laçın rayonu ərazilərində kürdlərə məxsus qədim yaşayış məskənləri, memarlıq abidələri və ya daş divar yazı nümunələri yoxdur.  Kürdlər Laçın rayonu ərazilərdə oturaq həyata keçərkən onlar münbit ərazilərdə yaşayan azərbaycanlı kəndlərinin ətrafındakı boş istifadəsiz qalmış yerlərdə və ya  yaylaqlarda   məskunlaşaraq heyvandarlıqla məşğul olublar. Əvvəllər Laçınlı kürdlər arasında əkinçilik və bağçılıq peşəsi elə də güclü inkişaf etməsədə, daha sonralar onlar bu bölgədə əkinçilik və bağçılıq peşələrinə də sahib olublar.

Oturaq həyata qayıdan kürdlər, ənənəvi heyvadarlıq peşəsi ilə məşğul olan azərbaycanlılarla birgə yayda yaylağa, qışda isə qışlağa köçmə qaydalarından istifadə edirdilər. Laçın rayonunda yaşanan bu birgə həyat tərzi Sovet Dövlətinin süqutuna qədər davam etmişdir.

İndiki Laçın rayonunun müasir inzibati bölgüsünə əsasən kürdlər Bozlu, Qalaça, Kamallı, Çıraqlı, Ağbulaq, Qarakeşdi, Şeylanlı, Qatos, Ağcakənd kəndlərində və eləcədə Minkənd kəndində isə azərbaycanlılarla qarışıq yaşayırdılar.

Kürdlər yanaşı yaşadıqları aborigen etnosun (yəni azərbaycanlıların) dilinə məharətlə yiyələnərək bu dili özlərinin əsas danışıq dillərinə çeviriblər. Azərbaycanda yaşayan kürdlər Azərbaycan dilini özlərinin elm, təhsil, mədəniyyət və dövlət dili hesab edirlər. Burada illərlə bu xalqların dinc yanaşı yaşamağının nəticəsidir ki, antropoloji baxımdan da kürdlərlə, azərbaycanlılırın biri-birinə çox oxşardırlar. Bu oxşarlıq o həddə çatmışdır ki, hətta gəlmə əcnəbilər üçün bu iki milləti birini digərindən ayırmaq olduqca çətin olmuşdur. Bütün bunlar, illər öncə ölkəyə gələn xarici tədqiqatçıların da diqqətindən yayınmamışdır. Onlar bu iki millətin oxşarlığını xüsusi olaraq öz əsərlərində dönə-dönə vurğulayıblar.

Rus tədqiqatçısı S.P.Zelinski 1880-cı ildə yazırdı ki, kürdlər Azərbaycan dilində danışırlar, onları fizyonomiyalarına və ya libaslarına görə də azərbaycanlılırdan fərqləndirmək sadəcə mümkün deyil.

XIX əsrin əvvəllərində Zəngəzura gələn Gürcü tarixçisi M.Q.Abduşelişvili indiki Laçın rayonunda məskunlaşan kürdləri, azərbaycanlıların mənsub olduğu «Kaspi tipinə» aid etmişdir. Alimin qənaətinə görə müsəlman kürdləri antropoloji baxımdan da azərbaycanlılarla tam eyniyyət təşkil edirlər. Hətta bu xalqlar bir-birinə o qədər qaynayıb-qarışıblar ki, mənşəcə kürd olan bir çox gənclərin əksəriyyəti indi kürd dilini demək olar ki, tamam unudublar.

1930-cu ildə daha bir rus tarixçisi A.Bukşpa özünün «Azərbaycan kürdləri» əsərində həmkarları, S.P.Zelinskinin və M.Q.Abduşelişvilinin dediklərini təsdiq edirdi. Bir çox xarici tədqiqatçılar burada yaşayan kürdlərin mədəniyyəti ilə də maraqlanırdılar. Lakin kürdlərin azərbaycanlılarla bu cür oxşarlığı və yaxınlığı, Azərbaycana gələn tədqiqatçılara kürd qadınlarının geyimlərindəki bir çox fərqləri, onlara görməyə imkan vermirdi. Məsələn: S. Zelinski öz müşahidələrində yazırdı ki, kürd qadınlarını (tatar) azərbaycanlı qadınlarından ayırmaq mümkün deyil, çünki onlar da azərbaycanlı qadınlarının geyindiyi kobud, zövqsüz tumanlar geyinirlər.

Burada kürd qadınlarının geyindiyi yeddi taxta, on iki, on dörd taxta tumanlar S.Zelinskiyə kobud görünürdü, lakin o anlamırdı ki, əslində bu geyim insanların milli geyimlərə olan vərdişlərindən irəli gəlir. Geyimlər, millətin mənlik nişanəsi sayılır. Məhz bu geyimlərə və bu geyimlərin üzərindəki elementlərə görə bu millətlər və xalqlar, digər millətlərdən və xalqlardan fərqlənirlər. Lakin kürd qadınlarının geyim mədəniyyətinə tədqiqatçı gözü ilə baxanda, onların geyimlərindəki fərqli cəhətlərin olduğunu görmək olar. Çünki kürd qadınları öz geyimlərində müxtəlif rəngli parçalardan, həm də çoxlu bəzək əşualarından istifadə edirdilər. Kürd qadınlarının geyimlərindəki bu əlvanlıq və xüsusi bəzəklərlə əhatə olunması, onların azərbaycanlı xanımlardan fərqləndirməyə əsas yaradırdı. Kürd qadınları öz bəzəklərində qızıl və gümüşdən hazırlanan əşyalara dana sox üstünlük verirdilər.

Kürd kişilərin geyimləri isə azərbaycanlıların geyimlərindən heç nəyi ilə fərqlənmirdi. Bütün bu deyilənlər əlbəttə ki keçmiş zamanlarda baş verirdi hal-hazırda isə bu iki milləti birini-digərindən fərqləndirə biləcək heç bir element mövcud deyil. Son dövrlərdə isə baş verən qan qohumluqları, nigahlar çoxaldağından bu iki xalqın bağlılığı daha da artmışdır. Məhz bu səbəblərdən keçən əsrin əvvəllərində Azərbaycanda Rusyanın kürd siyasəti iflasa uğradı.

Kürdüstan qəzasının yaradılmasının və ləğv edilməsinin səbəbləri.

1923-cü ildə rus hökumətinin təziqi ilə Azərbaycan Respublikasının Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Laçın əraziləri də daxil olmaqla Qubadlı və Kəlbəcər torpaqları vahid qəza halında birləşdirilərək Kürdüstan qəzası yaradıldı. Qəzanın yaradılması, rusiyanın şovinist ideyalı siyasətçilərinin məkrli niyyətlərindən xəbər verirdi. Bu qəzanı yaratmaqla rusiya bölgədə gələcək üçün daha bir münaqişə ocağının əsasını qoyurdular. Kürdüstan qəzasını yaratmaqda rusların əsas məqsədi, üzdə kürdlərə “himayəçilik” nümayiş etdirməklə sadə kürdləri ələ alıb, onlardan gələcəkdə azərbaycanlılara qarşı yeni bir etnik münaqişəni yaratmaqla, bütövlükdə bu bölgəni, xüsusi ilə Laçın, Qubadlı, Kəlbəcər torpaqlarını ermənilərin xeyrinə Azərbaycandan qoparmaq idi.

Bu istiqamətdə, erməni və rus təbliğatının kifayət qədər güclü və şirnikləşdirici olmasına baxmayaraq, bu bölgədə kürdlərlə azərbaycanlılar arasında ədavət yaratmaq mümkün olmadı. Bununlada, bu iki millət arasında mili zəmində heç bir münaqişə baş vermədi. Bəlkədə bu ondan irəli gəlirdi ki, yerli kürdlər illərlə dinc yanaşı yaşadıqları azərbaycanlılarla qan qohumluğunun kifayət qədər genişləndiyindən bu millətlər həqiqətən biri-birinə qaynayıb qarışmışdılar. Bu iki millət arasında din birliyi, dostluq, qarşılıqlı hörmət o qədər güclü formalaşmışdı ki, hətta bu millətlərin özlərinə məxsus müxtəlif səpkili məişət mərasimləri arasındakı olan fərqləri belə aradan qaldırmışdı. Bu isə az qala eyniləşən bu iki millət arasında nifaq, ədavət, düşmənçilik toxumlarının cücərməsinə mane oldu.

Kürdüstan qəzası yaradıldıqdan sonra, qəza mərkəzi əvvəlcə Laçın rvyonunun Pircahan kəndi, sonra Minkənd kəndi, daha sonra isə Laçın şəhəri təsdiq edildi. Kürdüstan qəzası rus ideoloqlarının gözlədiyi nəticəni vermədiyindən, 1930-cu ildə Dövlətin yeni kooperativləşmə (kollektivləşmə) siyasətinə uyğun olaraq, qəzanın ərazisi ayrı-ayrı inzibati mərkəzlər arasında bölüşdürüldü. Beləliklə Kürdüstan qəzası ləğv edilərək, ərazisində Laçın, Kəlbəcər və Qubadlı rayonları yaradıldı... Beləliklə, Rusiyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında daha bir münaqişə ocağı yaratmaqla  bu ərazilərdə öz təsirini qoruyub saxlamaq istəyi boşa çıxdı.

(ardı var)

Faiq İSMAYILOV
Yazıçı publisist

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir