Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, Lənkəran şəhər sakini Şərifov Cəmşid azyaşlı oğlu Şərifov Muradla birgə İran İslam Respublikasından piyada yolla Azərbaycana gələrkən Astara Gömrük İdarəsi Sərnişin şöbəsində saxlanılıb. Gömrük nəzarətindən keçərkən gömrük qanunvericiliyinin tələblərinə müvafiq olaraq onların üzərində şəxsi yoxlama aparılıb. Nəticədə Cəmşid Şərifovun azyaşlı oğlu Murad Şərifovun bel nahiyəsindən şəffaf rəngli yapışqanlı lentlə sarınmış halda, xalis çəkisi 500,2 qram narkotik vasitə-tiryək aşkar olunaraq götürülüb.
Modern.az