Modern.az

"NUR" 50 uşağı Qobustana aparır

"NUR" 50 uşağı Qobustana aparır

15 Mart 2010, 12:09

“NUR” Uşaq və Gənclərin İctimai Birliyi sabah son çərşənbə münasibətilə 50 nəfər uşağın “Qobustan” Milli Tarix Bədii Qoruğuna ziyarətini təşkil edəcək.

Birliyin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, uşaqların qədim yaşayış məskəni olan “Qobustan” Milli Tarix Bədii Qoruğuna ziyarəti təşkil etməkdə “NUR”un məqsədi uşaqlarda Azərbaycan tarixini dərindən öyrənməyə maraq oyatmaq, milli adət və ənənələrimizin qorunması və təbliği üçün onların təşəbbüskarlığını artırmağa nail olmaqdan ibarətdir.

 

"Bu tədbir həm də uşaqların asudə vaxtının səmərəli təşkilinə bir nümunə olaraq davam etdirilməlidir",-deyə "NUR" bəyan edib. “NUR” UGİB təhsil və digər məşğuliyyət tədbirlərindən əlavə olaraq, uşaqlarla birgə işləyən təhsil müəssisələri və ictimai təşkilatlar tərəfindən uşaqların asudə vaxtının səmərəli təşkili üçün Azərbaycanın təkrarsız təbiətini, çoxəsrlik mədəniyyətini, tarixini əks etdirən tarixi mədəniyyət abidələri və dilbər guşələrinə ziyarətlərin təşkilini məqsədəuyğun sayır. 

“NUR” UGİB tarixi mədəniyyət abidələri və dilbər şüşələrinə ziyarətləri müntəzəm şəkildə davam etdirəcək.

  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər