Modern.az

Haker azərbaycanlının bank hesabına pul köçürdü

Haker azərbaycanlının bank hesabına pul köçürdü

Aktual

8 Aprel 2013, 14:26

Türkiyədə iki şirkətin hesabından böyük miqdarda pulu mənimsəyib İstanbulda yaşayan biri azərbaycanlı olmaqla iki nəfərin hesabına köçürən romalı haker özün ələ verib.

Modern.az-ın məlumatına görə, romalı haker iki şirkətin bank hesablarını ələ keçirərək yüklü miqdarda pulu mənimsəyib. Sonra həmin pulu İstanbulda yaşayan iki şəxssin bank hesabına köçürüb.

Türkiyə Elektron Bank departamentinin diqqətini çəkən bu köçürmə zamanı araşdırma aparılıb və hakerin əməlinin üstü açılıb. Sonra departament pulun köçürüldüyü bank şöbəsinə məsələ ilə bağlı məlumat verib. Təşkil edilən əməliyyat nəticəsində banka pulu götürməyə gələn şəxslər polis tərəfindən saxlanılıb. Saxlanılan şəxslər Mehmet Hünər və azərbaycanlı İlkin Bayramov ilkin istintaq zamanı məsələdən xəbərsiz olduqlarını israr ediblər. Onlar Romada Həsən adlı dostlarının onlara pul borcu olduğunu və banka da onların hesabına gələn pulu götürməyə getdiklərini bildiriblər. Hazırda hakerin və cinayətdə əli olan digər şəxslər barədə cinayət işinin istintaqı davam edir.

 

Elçin AĞAYEV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır