Modern.az

Azyaşlı qızın sırğalarını oğurlayan şəxslər saxlandı

Azyaşlı qızın sırğalarını oğurlayan şəxslər saxlandı

Aktual

26 Sentyabr 2022, 13:50

Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini olan azyaşlı bir qızın qızıl sırğasının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Qasımzadə və Gülüm Kamranlı müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırma aparılır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi