Modern.az

Deputatlar QHT Şurasının 5 illik fəaliyyətini belə dəyərləndirdilər

Deputatlar QHT Şurasının 5 illik fəaliyyətini belə dəyərləndirdilər

9 Aprel 2013, 15:26


Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5 yaşı tamam olacaq. Modern.az qurumun fəaliyyəti ilə bağlı  millət vəkillərindən rəy öyrənib.  

Milli Vəkili Məlahət İbrahimqızı şura tərəfindən beş il ərzində QHT-lərə olan dəstəyi yüksək qiymətləndirdi: "Şura yaradıldıqdan sonra Azərbaycanda QHT-lərin yaradaılması, inkişaf etdirilməsi və təkmilləşdirilməsində çox böyük uğurlar əldə olunub. İndiki dövürü isə QHT-lərin yaradılması deyil, inkışaf mərhələsi kimi qiymətləndirmək olar:
“Artıq yerli QHT-lər tək ölkə daxilində deyil, Avropa və Amerikada da müxtəlif beynəlxalq layihələr həyata keçirirlər. Azərbaycan reallıqlarını və ən əsas da Qarabağ və Xocalı soyqırımı ilə bağlı ciddi layihələr həyat keçirilir. Bu dövlətimizin vətəndaş cəmiyyəti quruculuğuna olan qayğısıdır. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılmaqla QHT-lərin fəaliyyətinin xarici donorlardan asılılığı demək olar ki, dayandırılıb. Çünki vaxtilə QHT-lər öz fəaliyyətlərini ancaq xarici donorların hesabına həyat keçirirdi. Bir sıra hallarda rast gəlirik ki, QHT sektoru maliyyə cəhətdən asılılığı olduğu üçün həyata keçirilən layihələr ya Azərbaycanın maraqlarına ziddi olurdu, ya da milli dəyərlərimizə bir sıra hallarda uyğun gəlmirdi. Dövlətimizin dəstəyi nəticəsində həm QHT-lər, həm də vətəndaş cəmiyyətinin inkişafında böyük uğur əldə olunub. Bu da Prezidentimizin apardığı uğurlu siyasətdir ki, şura tərəfindən layiqincə həyata keçirilir. Azay Quliyevin rəhbərliyi ilə bu komandada çox böyük təcrübəyə malik olan insanların çalışması, komissiyanın üzvlərinin peşəkar olması bu uğurlara öz töhfəsini verib”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azay Quliyevin bu yöndə apardığı işləri yüksək qiymətləndirib: “Dövlətimiz bu quruma çox böyük imkanlar yaradıb. Əsas odur ki, qayda-qanunlara əməl edilir. Mənim QHT-lərə xüsusi hörmətim var və mən onların işini yüksək şəkildə dəyərləndirirəm. Bu məsələdə həmkarımız Azay Quliyevin də böyük xidmətləri var”.  

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bu qurumun işini Azərbaycanda vətəndaş cəmiyyətini inkişafında çox əlamətdar və vaxtında atılmış addım kimi qiymətləndirdiyini vurğuladı: “Ötən beş il ərzində belə bir dəstəyin göstərilməsi və Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında maraqlı olması, dövlətimizin demokratik vətəndaş quruculuğu yolu ilə inamlı addımlarla addımlamasının göstəricisidir. Bu bir tərəfdən vətəndaş cəmiyyətinin inkişafına çox böyük təsir göstərdi, digər tərəfdən milli maraqlara xidmət edən və dövlətimizin mili-mənəvi dəyərlərini qoruyan və inkişaf etdirən layihələrin dövlət tərəfindən maliyyələşməsi mexanizmini yaratdı. Və bu sahədə xeyli işlər görüldü. QHT-lər müxtəlif mənbələrdən – sponsorlar vasitəsilə və müxtəlif qrantlar vasitəsilə maliyyələşirdilər. Bunların bəziləri də öz maraqları çərçivəsində qrant ayırır. Bunlar bəzən Azərbaycanın maraqları ilə üstə-üstə düşməyən fikirlər olur. Dövlətimizin mili-mənəvi dəyərləri və vətəndaş quruculuğu və s. maliyyələşməsinə xarici qrant sponsorları o qədər də maraqlı deyillər. Bu mənada QHT-lə Dövlət Dəstəyi Şurasının yaradılması və bu şura vasitəsilə qrant layihələrin həyata keçirilməsi milli QHT-lərin inkişafında çox ciddi şəkildə rol oynadı.
Bu qurumun gördüyü işləri yüksək qiymətləndirirəm,  burda  bütün işlər olduqca şəffaf və həqiqi vətəndaş cəmiyyəti dəyərlərinə uyğun şəkildə həyata keçirilir. Şuranın rəhbəri Azay Quliyev də bu sahədə peşəkar mütəxəssis kimi, eyni zamanda bir rəhbər kimi də özünü təsdiq edib”.

Milli Məclisin Təklükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bu qurumun fəaliyyətini və onun gördüyü işləri dövlətimiz üçün çox böyük göstərici olduğunu vurğuladı: “Azərbaycan müstəqillik əldə etdikdən sonra insanlar özlərinin  təşkilatlarını yaratmağa daha çox meyl göstərirlər. Yeni dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında fəal iştirak edən insanların sayı getdikcə artır. Bu gün artıq minlərlə QHT özünü tanıdır və cəmiyyətə də fayda verir. Azərbaycan dövləti həmin sektora diqqəti vacib məsələlərdən biri hesab edir. İlk növbədə bu sektorla bağlı mükəmməl bir qanunun qəbul edilməsi və sonradan onunla  bağlı düzəlişlərin edilməsi bu sektorun əsas addımlarından biridir. Prezident Administrasiyası, ayrı-ayrı nazirliklər gündəlik QHT-in işinə dəstək üçün əllərindən gələn köməyi göstərirlər.  Vacib məsələlərdən biri də  bir neçə il bundan əvvəl dövlət büdcəsində QHT-lərin fəaliyyəti üçün maliyyə vəsaitini ayrılması idi. İldən-ilə bu vəsaitin həcmi artır. Mən hesab edirəm ki, müstəqil dövlətimizin qurulmasında, vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lərin çox böyük rolu var”.

Pərvin Arzuqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü