Modern.az

Maliyyə Nazirliyi QHT-lərə və siyasi partiyalara xəbərdarlıq edib

Maliyyə Nazirliyi QHT-lərə və siyasi partiyalara xəbərdarlıq edib

10 Aprel 2013, 17:31

Modern.az xəbər verir ki, Maliyyə Nazirliyi Azərbaycandakı qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara xəbərdarlıq edib. Bildirilib ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 29.4-cü maddəsinə  və “Siyasi partiyalar haqqında" Qanununun 21.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları və siyasi partiyalar üzrə illik maliyyə hesabatları aprel ayının 1-dən gec olmayaraq  Maliyyə Nazirliyinə təqdim edilməlidir.

““Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilib və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Adı çəkilən qanunun 31.6-cı maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir.
Məlumat üçün bildiririk ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub”-deyə nazirlik bildirib.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir