Modern.az

Gəncənin bu bələdiyyələrinin ərazisi GENİŞLƏNDİRİLİR

Gəncənin bu bələdiyyələrinin ərazisi GENİŞLƏNDİRİLİR

Aktual

30 Sentyabr 2022, 11:42

Gəncə şəhərinin inzibati ərazisinə daxil edilən Nizami və Kəpəz rayonlarının ləğvi ilə əlaqədar həmin rayonların bələdiyyələrinin siyahısına dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin payız sessiyasının ilk plenar iclasında "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Dəyişikliyə əsasən, Gəncə şəhəri Kəpəz bələdiyyəsinə Cavadxan, Məhsəti, Natəvan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi, Nizami bələdiyyəsinə isə Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil edilir.

 

Layihə səsə qoyularaq, qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat