Modern.az

AFU-niyə bağlanıb? - RƏYLƏR

AFU-niyə bağlanıb? - RƏYLƏR

Qarabağ

11 Aprel 2013, 13:02


Aprel ayının 10-da Azad Fikir Universiteti (AFU) bağlanıb. Ofisin bağlanma səbəbləri barədə isə dəqiq məlumat yoxdur. Azad ideya və fikirlərin səsləndiyi AFU-nun bağlanmasına münasibət necədir?

Modern.az bununla bağlı münasibət öyrənib.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədlinin cavabı belə olub: “Gənclərin müzakirə platformalarını nəinki bağlamaq, əksinə artırmaq lazımdır. Bizim gənclərdən müxtəlif ölkələrdə təhsil alanlar var. Bir çox halda mediada ictimai debat, müzakirə mədəniyyəti olmadığı üçün onların bu tipli onların bu tip platformalara böyük ehtiyacı olur. Bu baxımdan belə ictimai qurumların, təşəbbüslərin bir arada olması və intellektual səviyyəsi yüksək olan insanların bura cəlb olunaraq nəyisə diskussiya etməsi Azərbaycanın daha faydalı şəkildə formalaşmasına xidmət etmiş vasitə olur. Buna qısqanc yanaşmaq və fəaliyyətini dayandırmaq yox, bunların sayının artırmaq lazımdır. Elə bir əsrdə yaşayırıq ki, bilgi bilgini üstələyə bilir. Kimin və hansı toplumun bilgisi yüksəkdirsə, cəmiyyəti o idarə edir. Buna görə də intellektual müzakirə platforması çoxaltmaqla bu bilginin geniş kütlə arasında paylaşımına nail olmalıyıq. Bu mənada AFU-ya qarşı atılan bu addımı yanlış hesab edirəm və bu qərarı kim veribsə onu düzəltməyi tələb edirəm”.

REAL hərəkatının Məclis sədri Erkin Qədirli isə bunu azad fikrə və gəncliyə qarşı təqiblərin bir hissəsi kimi dəyərləndirir.
“İqtidar istəmir ki, ölkədə fərqli münasibətlər yaransın və bu sahədə təqdimatlar reallaşsın. Çünki bu, onların siyasi və iqtisadi inhisarına təhlükə yaradır. Bu qorxu onları indiki mərhələdə vadar edir ki, yeni yetişən gənc nəslə qarşı bu cür addımlar atsınlar”-deyə o, qeyd edib.

Xatırladaq ki, AFU 2009-cu ilin oktyabrında öz fəaliyyətinə başlayıb. Layihənin məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi və s. idi. Layihə çərçivəsində hər çərşənbə axşamı və cümə axşamı iki saat uzunluğunda interaktiv mühazirələr keçirilirdi. Ələsgər Məmmədli və Erkin Qədirli də burada mühazirə söyləyiblər.

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir