ABŞ Dövlət Departamenti bəyan edib ki "Maqnitski siyahısı”nın dərc olunmuş adları ilə yanaşı, onun qapalı hissəsi də mövcuddur.
Modern.az bildirir ki, bu barədə Departamentin adının çəkilməsini istəməyən nümayəndəsi xarici mətbuata deyib.
“Mən təsdiq edə bilərəm ki, qanunvericiliyə əsasən qapalı siyahı da mövcuddur”.
Onun sözlərinə görə, siyahının bu hissəsi qapalı olduğu səbəbindən orada olan say və ora daxil olanların adlarını çəkə bilməyəcək.
“Lakin biz Konqresi bu barədə xəbərdar etməyi özümüzə borc bilirik və bunu elədik”.
Xatırladaqki ABŞ “Maqnitski siyahısı”nı rəsmi olaraq açıqlayıb. Bu siyahıda rəsmi Vaşınqtonun Rusiyanın insan hüquqlarının pozulmasında iştirakda ittiham olunan 18 vəzifəli şəxsinin və məmurunun adı var.
Siyahıda Rusiyanın yüksək vəzifəli şəxslərinin adları yoxdur.
Günəş FƏRHADLI