Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Modern.az-ın məlumatına görə, 81 kq-da yer alan idmançı finala gedən yolda gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşıb.
Rəqibinə cərimə xalları ilə uduzan Mollayi bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi Avstriyanı təmsil edən Şamil Borçaşvili olacaq.
***
Azərbaycan cüdoçusu Səid Mollayi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Modern.az-ın məlumatına görə, 81 kq-da çıxış edən idmançı mübarizəyə 1/16 finaldan başlayıb.
Ardıcıl olaraq, slovakiyalı Aleks Barto və mərakeşlı Aşraf Mutiyə qalib gələn Mollayi 1/4 finalda cənubi koreyalı Yunvan Li ilə qarşılaşıb. Rəqibinə vazari ilə qalib gələn cüdoçu yarımfinala adlayıb.
Finala gedən yolda rəqib gürcüstanlı Tato Qriqalaşvili olacaq.